Həcc ziyarətinin qiymətləri niyə bahalaşır? - AÇIQLAMA

Həcc ziyarətinin qiymətləri niyə bahalaşır? - AÇIQLAMA2025-ci ildə Həcc ziyarətinin qiymətləri bahalaşıb.

Milli.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, bu il Azərbaycan zəvvarlarının həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 950 dollar təşkil edir. Ziyarət hava nəqliyyatı ilə ilə həyata keçiriləcək. Otən il isə Həcc ziyarətinin qiyməti 5 850 dollar olub.

Araşdırmaçı yazar Rəsul Mirhəşimli qaynarinfo-ya bildirib ki, Həcc ziyarəti İslamın beş əsas şərtindən biridir:

"Bu ziyarət dünyadakı milyonlarla müsəlman üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, Həcc ziyarəti maddi imkanları bu ibadəti gerçəkləşdirməyə yetən müsəlmanlar üçün vacib sayılır, o zaman məsələni anlamaq mümkün ola bilər. Lakin qeyd etmək lazımdır ki, bu məsələ təkcə obyektiv səbəblər üzündən qiymət artımı ilə müşahidə olunmur, problemin yaranmasının həm də subyektiv cəhətləri mövcuddur. Bu da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) özünün tətbiq etdiyi qiymət siyasətindən irəli gəlir".

R. Mirhəşimli onu da qeyd edib ki, Səudiyyə Ərəbistanı hər ölkədə orada yaşayan müsəlmanların sayına uyğun həcc kvotası müəyyən edir:

"Bu da təxminən hər milyon nəfər üçün min nəfər zəvvarın gedişinə şərait yaradır. Bu kvotanı əsas götürməklə QMİ-də Həccə gedəcək zəvvarların sayını artıra bilər. Çünki əvvəlki illərdə Azərbaycan zəvvarları 5 min nəfərlə Həccə getdiyi vaxtlar olub. Zəvvarların sayının çox olması xidmət səviyyəsindən asılı olaraq, qiymətlərə də təsir edə bilər, bu zaman ortaya fərqli qiymətlər çıxaracaq. Azərbaycan zəvvarları əvvəlki illərdə bu cür fərqli qiymətlərə uyğun öz büdcəsinə görə seçim edirdi. Lakin neçə ildir bu fərq aradan qaldırılıb, QMİ Həcc ziyarəti ilə bağlı yalnız bir qiymət təklif edir. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur. Həcc ziyarətinin qiymətlərinin artması çoxsaylı müsəlmanların bu müqəddəs və vacib ibadəti yerinə yetirmələrinə mane olur. Məsələyə dünyadakı iqtisadi böhranlar, inflyasiya və qlobal münaqişələr prizmasından yanaşanda bu hadisələrin Həcc ziyarətinin qiymətinə birbaşa təsir göstərdiyini görürük. Dünyanın müxtəlif yerlərində baş verən münaqişələr, daşımaların çətinləşməsi, yanacaq qiymətlərinin artması, logistika və infrastruktura xərclərin yüksəlməsi ümumilikdə ziyarət xərclərinin artmasına səbəb olur. Bu səbəbdən, Səudiyyə Ərəbistanı zəvvarları qarşılayan ölkələr və əlaqəli şirkətlər əlavə xərc və risklərlə üzləşirlər ki, bu da ziyarət qiymətlərinin yüksəlməsinə yol açır".

Ekspert vurğulayıb ki, Azərbaycandan Həcc ziyarətinə gedənlər yalnız təyyarə ilə Səudiyyə Ərəbistanına uçurlar:

"Təyyarə biletlərinin qiymətləri də digər bir mühüm faktordur. Təyyarə biletlərinin qiymətinin yüksəlməsi, xüsusilə yüksək mövsüm və tələbin artması dövründə ziyarət xərclərinə əhəmiyyətli dərəcədə təsir edir. Bundan əlavə, Səudiyyə Ərəbistanı daxilində zəvvarların gediş-gəlişi və Həcc mərasimlərinin təşkili üçün ayrılmış avtobusların sayının azlığı və avtonəqliyyat xərclərinin artması da qiymətləri yüksəldən başqa faktordur. Onu da qeyd etmək lazımdır ki, bəzi hallarda QMİ-nin təklif etdiyi qiymət həm ölkədaxili, həm də beynəlxalq bazarda baş verən dəyişiklikləri tam əks etdirməyə bilər. Bununla yanaşı, müxtəlif amillərdən qaynaqlanan qiymət artımları QMİ-nin təklif etdiyi qiymətlərə əlavə edildikdə, ziyarət xərcləri daha da yüksəlir".

Rəsul Mirhəşimli təklif edir ki, QMİ-in bu vəziyyətin aradan qaldırılması üçün həm beynəlxalq, həm də yerli səviyyədə daha effektiv tədbirlər görməlidir:

"Lakin bu narazılığın əksinə olaraq, QMİ hər il qiymətləri artırmaqda davam edir. Azərbaycan vətəndaşları bu qiymətləri 110 min zəvvarına Diyanət İşləri Başqanlığının 30 min personalı ilə tibbi və s. xidmətləri göstərən qardaş Türkiyə ilə müqayisə edə bilər. O zaman ortaya qiymətlərlə zəvvarlara göstərilən xidmətlərin keyfiyyəti arasında mütənasibliyin şahidi olacaqlar. Qafqaz Müsəlmanları İdarəsi azərbaycanlı zəvvarlara İndoneziya, Malaziya və Türkiyə səviyyəsində yüksək xidmət göstərə bilirsə, buyursun, hər il artırdığı qiymətə haqq qazandırsın".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1107   Tarix: 21 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr