Prezident Ərdoğana başsağlığı verdi
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Sonxeber.az xəbər verir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
İki il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirmiş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.
Azərbaycan bu dəhşətli faciə ilə bağlı qardaş Türkiyənin dərdini bölüşür, kədərini birlikdə yaşayır. Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrdən bir yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafında səfərbər oldu, əlindən gələn yardımı və dəstəyi əsirgəmədi. Həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü.
Bu gün güclü və qüdrətli Türkiyə dövləti Sizin rəhbərliyiniz altında fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkmiş bölgədə həyatın və iqtisadiyyatın dirçəldilməsi, insanların yeni evlər və iş yerləri ilə təmin olunması istiqamətində genişmiqyaslı quruculuq işləri həyata keçirir. Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq.
"Bir millət iki dövlət" prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz və xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını və həmrəyliyini sübut edirlər. Bu, həmişə belə olub və bu cür də davam edəcəkdir.
Əminəm ki, bir-birinə qırılmaz tellər ilə bağlı olan xalqlarımızın iradəsi ilə zamanın sınaqlarından çıxmış birliyimiz və strateji müttəfiqliyimiz daim yaşayacaq, ölkələrimizin rifahı və əmin-amanlığı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu anım günündə bir daha Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2003 Tarix: 05 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıdan dünyaya açılan imkanlar
Dünya iqtisadiyyatında yeni reallıqların formalaşdığı bir vaxtda investisiya üçün etimad, sabitlik və bağlantı əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Son iki gün Bakının iqtisadi gündəliyi də məhz bu üç anlayış ətrafında quruldu. Azərbaycanın evsahibliyi etdiyi II Beynəlxalq İnvestisiya Forumu dünyanı
28 sentyabrMehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib - FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır
27 sentyabrMəhz İnvestisiya Forumunda iqtisadi artımın təməli qoyulur
Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarını dünyanın aparıcı investorlarına təqdim edən mühüm beynəlxalq platformadır. Çünki hazırda dünyada investisiya uğrunda mübarizə gedir, hər bir ölkə çalışır ki, xarici investorlar
28 sentyabrBir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlar
28 sentyabrBakı Forumu ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir
Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən ll Azərbaycan Beynəlxalq İnvestisiya Forumu sosial-iqtisadi sahə ilə bağlı dövlət siyasətinin əsas prioritetlərinin həyata keçirilməsinə xidmət edir. Bu cür mötəbər tədbirin ölkə iqtisadiyyatı üçün əhəmiyyəti "Azərbaycan Beynəlxalq İnvestisiy
28 sentyabr"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"
İsrail Baş nazirinin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi. Türkiyə və Azərbaycan qardaşlığına kölgə salmaq istəyənləri yenidən hərəkətə keçirib. Bu məqamı bəhanə edilərək Türkiyə mediasının bir hissəsi tərəfindən süni şəkildə nifa
28 sentyabr