Nəzrinin atası infarkt keçirib
Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadənin səhhətində problem yaranıb.
Sonxeber.az "Unikal"a istinadən xəbər verir ki, o, infarkt keçirib.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Aydın Abışzadə məlumatı təsdiqləyib:
"Bir neçə gün əvvəl infarkt keçirtdim. İki gün xəstəxanada qaldım. "Anju" etdilər, stent qoydular. Əməliyyat olunmağımı istədilər, amma mən razılıq vermədim. Şükür Allaha, indi vəziyyətim normaldır.
Nəzrinin ölümündən sonra ürəyim dözmədi. Sanki ürəyim partladı", - deyə o qeyd edib.
Xatırladaq ki, yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mansurovanın müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev həbs olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1558 Tarix: 06 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xüsusi qabiliyyət imtahanlarına start verilir
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, 22 iyundan etibarə
12 iyun"Aquarius Fitness"in rəhbəri sığortasız "Lexus" sürdü, cərimə olundu
"Aquarius Fitness" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri cərimə olunub. Qaynarinfo-nun məlumatına görə, Məmmədyarova Günel Həsən qızının rəhbəri olduğu şirkətin mülkiyyətində olan "Lexus Es300 H Hibrid Minik" markalı, "AA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəs
12 iyunMəhərrəm ayının başlama tarixi və Aşura gününün VAXTI AÇIQLANDI
Azərbaycanda Məhərrəm ayı 16 iyun tarixinə, Aşura günü isə 25 iyun tarixinə təsadüf edəcək. Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə əlaqədar ölkə müsəlmanlarına müraciətində qeyd edilib
13 iyunBitki yağları kəskin bahalaşdı - QİYMƏT
Azərbaycanda qida səbətinə ən çox daxil olan məhsullardan biri də bitki yağlarıdır ki, qiymətinin artması vətəndaşları narahat etməyə bilməz. Nəzərə alsaq ki, ölkəmiz bitki yağına olan tələbatını əsasən idxal hesabına ödəyir, dünya bazarındakı qiymət dəyişiklikləri daxili bazara birbaşa təsir göstərir
14 iyunPensiyanız ARTA BİLƏR - Çoxunun bilmədiyi hesablama
2006-cı ildən əvvəl işləyən şəxslərin pensiya kapitalının necə hesablanması bir çox vətəndaşı maraqlandırır. Çünki həmin dövrdə ödənilən sosial sığorta haqları deyil, iş stajı əsas götürülərək pensiya kapitalı formalaşdırılır. Qanunvericiliyə görə, 2006-cı il yanvarın 1-dək olan hər il iş stajına gör
14 iyunBakı-Naxçıvan reysləri bərpa olundu
"Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub. xəbər verir ki, bununla bağlı AZAL məlumat yayıb. Bildirilib ki, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir. Qeyd olunub ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməs
13 iyun