"BakuBus" sürücüsü ilə sərnişinlər arasında mübahisə
Fevralın 3-də 7A nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlər arasında mübahisə yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib.
Paylaşımdan görünür ki, sürücü avtobusun kənar şüşəsinin sındığını əsas gətirərək hərəkəti dayandırıb, bu isə sərnişinlərin narazılığına səbəb olub.
Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva Oxu.Az-a açıqlamasında qeyd edib ki, mübahisəyə səbəb hadisə yerində sığorta şirkətinin gəlməsini gözləməsi olub:
"Fevralın 3-də "BakuBus" MMC-nin balansında olan 7A nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-527 dövlət qeydiyyat nişanlı avtobusda yüngül yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə baş verən zaman nəqliyyat vasitəsini idarə edən sürücüsü Aqil Mehdiyev dərhal Monitorinq Mərkəzinə məlumat verib, müvafiq olaraq hadisə yerinə sığorta şirkətinin nümayəndələri dəvət olunub. Sürücü qaydalara uyğun olaraq hadisə yerində sığorta şirkətinin gəlməsini gözləyib. Lakin bəzi sərnişinlər sürücüdən avtobusu hərəkət etdirməyi tələb edib, nəticədə sürücü və sərnişinlər arasında mübahisə yaranıb".
Ə.Əliyeva qeyd edib ki, hadisə zamanı sürücü bütün daxili prosedurlara uyğun hərəkət edib:
"Sərnişinlərimizdən bu kimi hallarda sürücüyə qarşı anlayışlı olmalarını və təhlükəsizlik qaydalarına riayət edən sürücülərimizə dəstək göstərmələrini xahiş edirik".
Sözügedən görüntünü təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1696 Tarix: 07 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabr