"Azərişıq" güclü qarın yaratdığı qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışıb - VİDEO
"Azərişıq" ASC ölkənin cənub rayonlarında güclü qarın yaratdığı qəzaları aradan qaldırıb.
Sonxeber.az quruma istinadən bu barədə xəbər verir.
Məlumata görə, fevralın 6-7-də yağan güclü qar ölkə ərazisində, xüsusən cənub rayonları – Astara, Lerik və Yardımlının digər sahələrdə olduğu kimi elektrik təsərrüfatında da fəsadların yaranmasına səbəb olub. Elektrik xətlərinin zədələnməsi nəticəsində hər 3 rayonda 0,4 və 10 kV-luq xətlərin keçdiyi bir sıra dağlıq kənd və qəsəbələr işıqsız qalıb.
"Azərişığ"ın Lənkəran, Masallı, Cəlilabad, həmçinin qəza baş verən rayonların elektrik şəbəkələrinin əməkdaşları ilk gündən iş başında olub. Həyata keçirilən bərpa işləri nəticəsində ümumi ərazi gərginliklə təmin edilib.
Dağlıq ərazilərdə qarın səviyyəsinin 1 metrə çatması nəticəsində tamamilə bağlanan yollarda "Azərişıq" xüsusi texnikalarla yolları açıb, əməkdaşların qəza yerlərinə çatmasına şərait yaradıb. Yağan qarın hündürlüyünə və kəskin hava şəraitinə baxmayaraq əməkdaşlarımız qəzaların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdiriblər.
Qeyd edilən rayonlarda qısa vaxt ərzində elektrik enerjisinin verilişi tamamilə bərpa olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1331 Tarix: 10 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunması TƏKLİF OLUNUR
"Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var". xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib. "Bu çox geniş müzakirə olunur. Təbii ki, süni intellektin üstünlüyünü təbliğ edənlər çoxdur
11 sentyabrYeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
11 sentyabrEyni ərazi, fərqli qiymət: Əmlak qiymətlərini nə müəyyənləşdirir?
Eyni ərazidə yerləşən və oxşar xüsusiyyətlərə malik evlərin qiymətləri belə bir-birindən ciddi fərqlənə bilər. Burada təmirin səviyyəsi, sənədlərin tamlığı, torpağın hüquqi statusu, evin tikinti keyfiyyəti, yerləşdiyi küçə, nəqliyyat və infrastruktura yaxınlıq kimi amillər mühüm rol oynayır. Bəs, daşınma
11 sentyabrUniversitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur
Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib. "Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik al
11 sentyabr