Tələbə təqaüdləri də artırılacaq

Tələbə təqaüdləri də artırılacaqAzərbaycanda pensiyaların artırılmasından sonra bir sıra təqaüdlərin və müavinətlərin də artırılması gözlənilir. Belə ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinə sözügedən məsələ ilə bağlı tapşırıq verib.

Modern.az-ın məlumatına görə, tələbələrə verilən təqaüdlərin də artırılması gündəmdədir.

Məsələ ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 23 dekabr 2024-cü ildə imzalanmış sərəncama əsasən müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib.

"Nazirlər Kabineti sənəd imzalandığı gündən 3 ay müddətində bu istiqamətdə təkliflərini və maliyyə qiymətləndirməsini dövlət başçısına təqdim etməlidir. Bu o deməkdir ki, martın 2-ci yarısında Nazirlər Kabineti tərəfindən bütövlükdə müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin ölkə rəhbərinə təqdim ediləcəyi gözlənilir.

Nəzərə alsaq ki, cənab Prezident tərəfindən tapşırıq verilib, bu o deməkdir ki, Nazirlər Kabineti tərəfindən də bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir. Bu isə o deməkdir ki, sosial paketin növbəti istiqaməti olaraq müavinət və təqaüdlərdə artımları müşahidə edəcəyik. Neçə faiz artımın olacağı Nazirlər Kabinetinin təkliflərindən sonra bəlli olacaq. Həmin təkliflər təqdim edildikdən sonra hansı müavinətlərdə və neçə faiz artımın olacağı aydınlaşacaq. Amma bütün hallarda cənab Prezident tərəfindən tapşırıq verildiyi üçün müavinət və təqaüdlərdə artımlar həyata keçiriləcək"- V.Bayramov qeyd edib.

Hazırda dövlət ali təhsil müəssisələri tələbələrinin 54,3 faizi təqaüd alır.

Azərbaycanda tələbə təqaüdləri sonuncu dəfə 2023-cü il yanvarın 1-də artırılıb və hazırda həmin sərəncam qüvvədədir.

Belə ki, təqaüdlərin məbləği 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:

Doktorantura pilləsi üzrə:

- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 manat;
- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 manat.

Magistratura səviyyəsi üzrə:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 manat (əlaçı);
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat (həvəsləndirici);
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat (adi);

Bakalavriat səviyyəsi üzrə:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 manat (əlaçı);
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 manat (həvəsləndirici);
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 manat (adi).

Orta ixtisas təhsili müəssisələrində:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 manat (əlaçı);
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 manat (həvəsləndirici);
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 manat (adi).

Peşə təhsili müəssisələrində:

- akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 manat (əlaçı);
- akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 manat (həvəsləndirici);
- akademik göstəriciləri "3"–"5" (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 manat (adi).

Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manat müəyyən edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1949   Tarix: 10 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr