Biləsuvarda intihar edən 11-ci sinif şagirdi əlaçı imiş
Biləsuvarda yerləşən Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin 11-ci sinif şagirdi Simuzər Heydərova intihar edib.
Məktəbdən "Qafqazinfo"ya bildirilib ki, məktəbli əlaçı və fəal şagirdlərindən biri olub:
"Onun bu addımı atması, hər kəs üçün gözlənilməzdir. Məktəbin tədbirlərində fəallığı ilə seçilirdi".
Hadisə fevralın 6-sı gecə saatlarında Biləsuvarda məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.
2008-ci il təvəllüdlü Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.
Onun Birinci Qarabağ müharibəsi şəhidi Zaur Muxtar oğlu Heydərovun ailə üzvü olduğu deyilir.
Qeyd edək ki, sosial şəbəkələrdə Simuzərin məktəbdaxili bullinqə məruz qalması ilə bağlı məlumatlar da yayılmışdı.
Məsələ ilə bağlı Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi "Oxu.Az"a açıqlamasında iddiaları təkzib edib.
Bildirilib ki, məktəb daxilində aparılan ilkin təhlil və sorğular sözügedən şagirdə qarşı hər hansı qısnama hallarının baş verdiyini təkzib edir.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Yeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA