"Paşinyanın "Armenpress"də dərc olunan məqaləsi dünya ictimaiyyətinə növbəti manipulyasiya cəhdidir" - DEPUTAT

"Paşinyanın "Armenpress"də dərc olunan məqaləsi dünya ictimaiyyətinə növbəti manipulyasiya cəhdidir" - DEPUTAT"Ermənistanın baş naziri Nikol Paşinyanın "Armenpress"də dərc olunan məqaləsi dünya ictimaiyyətinə növbəti manipulyasiya cəhdidir. Məqalədə yer alan Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcması ilə bağlı iddiaları ilə Paşinyan reallığı təhrif edir".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, Azərbaycan tərəfi sülhə təşəbbüs edən tərəfdir, sülh müqaviləsinin mətni də ölkəmiz tərəfindən hazırlanıb:

"Digər tərəfdən, Ermənistanın silahlandırılması uzun müddətdir ki, Qərb tərəfindən davam etdirilir. 22 iyul 2024-cü ildə Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Fransa Silahlı Qüvvələr Nazirliyinin Parlamentə təqdim etdiyi 09 sentyabr 2024-cü il tarixli hesabata əsasən, 2023-cü ildə Fransa tərəfindən Ermənistana 11.500.000 avroluq hərbi təyinatlı məhsul verib. Hindistandan hərbi yardım da eynilə davam etdirilir. Cənab Prezidentin dediyi kimi, kimisi silah verir, kimisi həm silah, həm siyasi dəstək verir və Ermənistanı revanşizm ideologiyası ilə bəsləyirlər.

Bütün bu faktlar onu göstərir ki, Ermənistan müharibəyə hazırlaşır. Məqalədə yer alan Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddialar isə bir daha Ermənistan tərəfinin bu məsələdə qeyri-konstruktiv mövqeyini göstərir".

Deputat vurğulayıb ki, 20-ci əsrdə 300,000-dən çox azərbaycanlı Ermənistan ərazisindən dörd böyük deportasiyaya məruz qalmışdır:

"İnsanların öz yurdlarından deportasiya edilməsi tarixi faktdır və kifayət qədər sübutlar var ki, bu etnik təmizləmə baş verib. Beynəlxalq hüquq qaçqınların öz vətənlərinə qayıtmaq hüququnu təmin edir. Bu hüquq Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda və Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasında təsbit olunmuşdur.

Ermənistan rəhbərliyi tərəf olduğu Konvensiyaların və beynəlxalq hüququn tələblərinə zidd olaraq indiyədək azərbaycanlıların öz tarixi yurdlarına reinteqrasiyası ilə bağlı adekvat cavab verməmişdir. Halbuki, bu məsələdə dialoqun qurulması və kommunikasiyanın təmin edilməsi olduqca vacibdir. Qərbi azərbaycanlılar öz tropaqlarına sülh yolu ilə qayıtmaq istəyirlər.

Qərbi Azərbaycan İcması olaraq, biz bu tələbimizlə Ermənistanın ərazi bütövlüyünü və suverenliyini sual altına almırıq. Bizim məsələmiz insan hüquqları ilə bağlıdır. Ermənistan hökumətini icmamızla dialoqa başlamağa, qayıdış məsələsini müzakirə etməyə və bizim doğulduğumuz və yaşadığımız torpaqlara sülh, təhlükəsizlik və ləyaqətlə geri dönməyimizi təmin etməyə və tarixi faktları təhrif etməməyə çağırırıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1521   Tarix: 11 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr