Vətəndaşlar aldadılır: Kənd yumurtası adı ilə nə təklif edirlər?

Vətəndaşlar aldadılır: Kənd yumurtası adı ilə nə təklif edirlər?Kənd yumurtası ilə broyler yumurtasını görünüşünə görə ayırd etmək çətin olsa da, bir neçə əsas xüsusiyyət var ki, onlara diqqət yetirərək fərqi müəyyən etmək mümkündür. İlk diqqət edəcəyimiz məqam yumurtanın qabığıdır.

Noyabr-dekabr aylarında toyuqlar az yumurta verdiyi üçün hər il olduğu kimi ötən il də məhz bu vaxtlarda kənd yumurtasının bahalaşması müşahidə edilib. Hazırda kənd yumurtası 40-50 qəpiyə təklif edilir. Yəni yumurta az, tələbat çoxdur. Lakin işbazlar tələbatı qarşılamaq üçün bu vəziyyətdən "çıxış yolu" tapırlar. Xüsusilə, yol kənarlarında, məhəllələrdə yumurta satan satıcılar Vətəndaşlar aldadılır: broyler yumurtasını "bəzəyərək" kənd yumurtası adı ilə təklif edirlər.

Bəs vətəndaşlar bunu necə ayırd etsinlər? Ümumiyyətlə, işbazların tələsinə düşməmək üçün yumurtanı görünüşünə görə fərqləndirmək mümkündürmü?

Sonxeber.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Rəng, ölçü, dad...

Qida təhlükəsizliyi üzrə mütəxəssis Asim Vəliyev açıqlamasında vətəndaşların aldadılması faktını təsdiqləyir. Bildirir ki, kənd yumurtası ilə broyleri fərqləndirmək asan deyil: "Kənd yumurtası ilə broyler yumurtasını görünüşünə görə ayırd etmək çətin olsa da, bir neçə əsas xüsusiyyət var ki, onlara diqqət yetirərək fərqi müəyyən etmək mümkündür. İlk diqqət edəcəyimiz məqam yumurtanın qabığıdır. Kənd yumurtasının qabığı çox vaxt eyni rəngdə olmur. Bu yumurtalar təbii yolla yetişdirilmiş toyuqlardan əldə edildiyi üçün qabığında ləkələr və rəng fərqləri ola bilər. Broyler yumurtaları isə daha parlaq və çox vaxt eyni rəngdə olur".

Mütəxəssis vurğulayır ki, onları ölçüsünə görə də fərqləndirmək mümkündür: "Kənd yumurtaları çox vaxt bir qədər kiçik ölçülü olur. Həmçinin kənd yumurtasının sarısı daha qatı rəngdə, narıncı və ya tünd olur. Broyler yumurtalarının sarısı isə açıq sarı və solğun görünür. Bunun səbəbi kənd toyuqlarının təbii qidalarla, broylerlərin isə süni yolla zənginləşdirilmiş yemlərlə qidalanmasıdır. Təbii ki, bu səbəbdən onların dadında da ciddi fərqlər var. Bişirildikdə kənd yumurtası daha dadlı və təbii olur. Həmçinin onların qoxusu xoş təsir bağışlayır. Broyler yumurtaları isə nisbətən neytral və bir qədər fərqli dada malikdir".

"Etibar etdiyiniz şəxslərdən alın"

Kənd yumurtasını broyler yumurtasından fərqləndirən üçüncü məqam yumurtanın qabığının keyfiyyətidir. Qida mütəxəssisi deyir ki, kənd yumurtasının qabığı broyler yumurtasına nisbətən daha qalındır: "Yumurtanı sındırarkən qabığın nə qədər möhkəm olduğunu hiss edə bilərsiniz. Kənd yumurtası seçərkən etibar etdiyiniz şəxslərdən almalısınız. Yol kənarında və ya marketlərdə kənd yumurtası adı ilə satılan məhsulların mənbəyi bəlli olmaya bilər".

"Çatlaq və qırıq yumurtalar hər zaman risk mənbəyidir"

Yumurtanın saxlanma şəraitinə gəldikdə isə, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, yumurta tərkibinin zənginliyinə görə faydalı qidalar sırasında ilk yerlərdə olsa da, düzgün istifadə etmədikdə, zərərləri o faydalarını ötə bilər: "Yumurta mənşəyi bəlli olmayan yerdən alınmamalıdır. Əgər sənaye üsulu ilə emal olunmuş yumurtalardırsa, bu zaman üzərində mütləq tarixi göstərilməli, yeniliyini təsdiq edən məlumatlar olmalıdır. İstər kənd, istərsə də broyler yumurtası alarkən, mütləq şəkildə qabıqlarına diqqət etməliyik. Çatlaq və qırıq yumurtalar hər zaman risk mənbəyidir. İstifadə zamanı da diqqət etməliyik ki, yumurtanın sarısı və ağı qarışmasın, hər hansı xoşagəlməz qoxusu olmasın. Yumurtanın içində tünd ləkələrin olması xarab olduğunun əlamətidir. Bundan əlavə, yumurta soyuducunun hərəkətsiz hissəsində saxlanılmalıdır. Bəzən yumurtaları yuyub saxlayırlar, bu, yolverilməzdir. İstifadədən bir az öncə yuyub dərhal da istifadə olunması tövsiyə olunur".

"Toyuqlar üç cür olur"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, kənd yumurtası adı ilə broyler yumurtalarının satılması illərdir baş verir: "Bir neçə il öncə şəhərdə bir kişi yumurta satardı və qoltuğunda da xoruz gəzdirərdi. Mən onda şübhələnmişdim və yumurta alanda görmüşdüm ki, broylerdir. Xoruzu da ona görə gəzdirirdi ki, guya kənd adamıdır. İstehlakçılar üçün kənd yumurtası ilə broyleri ayırmaq asan deyil. Toyuqlar üç cür olur. Tam azad toyuqlar - sərbəst şəkildə qidalanırlar. İkincisi yarı azad toyuqlardır. Bunlar adətən müəyyən ərazidə, açıq yerdə saxlanılır və broyler toyuqlarının yemləri və arpa, buğda ilə qidalandırılır. Üçüncü növ isə tam steril şəkildə saxlanılan broyler toyuqlarıdır. Ciddi nəzarətdə olur, tez yumurta verməsi üçün bütün vasitələrdən istifadə edilir. Bu toyuqları böyütmək üçün alqoritmlər var. Əlbəttə, onların yumurtası kənd toyuğunun yumurtası qədər dəyərli deyil və istisna olunmur ki, onların yemlərindən gələn mənfiliklər yumurtaya da keçir".

Broyler toyuqları GMO qidalarla yemlənir?

Birlik sədri iddia edir ki, hazırda ölkəyə gətirilən GMO qidalar broyler toyuqlarına yedizdirilir: "Ötən il "Qida təhlükəsizliyi haqqında" qanun qəbul olunanda ora 25-ci maddə daxil edildi. O maddəyə görə, xaricdən gətirilən genetik modifikasiya olunmuş yemlər broyler və digər heyvan təsərrüfatlarında istifadə oluna bilər. Hazırda bu qanuna əsaslanaraq GMO yemlər gətirilir və toyuqlara verilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1294   Tarix: 16 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr