Mühafizəçi rəssam direktorun evindən 21 minlik gödəkcə oğurlayıbmış - Hökm oxundu

Mühafizəçi rəssam direktorun evindən 21 minlik gödəkcə oğurlayıbmış - Hökm oxunduBakıda Əməkdar mədəniyyət işçisi, Səttar Bəhlulzadə adına sərgi salonunun direktoru, əntiq və qədimi əşyaların satışı ilə məşğul olan məşhur kolleksioner Elçin Orucovun evindən oğurluq edən mühafizəçiyə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1988-ci ildə Cəlilabad rayonu Əççələr kəndində anadan olmuş Üzeyir Kərimov Cinayət Məcəlləsinin 177.3.2 və 183.1-ci maddələri ilə təqsirləndirilib və 8 il müddətə azadlıqdan məhrum edilib.

Məhkəmədə məlum olub ki, Üzeyir Kərimov Əməkdar mədəniyyət işçisinin yaşadığı binada mühafizəçi vəzifəsində işləyib. Təqsirləndirilən şəxs işlədiyi dönəmdə Elçin Orucovun etimadını qazanaraq, onun evinin qarajından 200 min manatdan artıq əşyaları oğurlayıb.

Üzeyir Kərimov ilk oğurluqda zərərçəkmişin mülkiyyətində olan ümumi dəyəri 5800 manat dəyərində ayaqqabıları, 4 fotoaparatı, kişi üçün nəzərdə tutulmuş qış kürkünü və 400 manat dəyərində qab-qacaq dəstini, xəz şubanı aparıb. Bundan sonra təqsirləndirilən şəxs yay ayında Elçin Orucovun bağ evinə köçməsindən istifadə edərək, ümumi dəyəri 196.000 manatlıq əşyaları oğurlayıb. Onun oğurladığı əşyalar arasında bir ədədi 2000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XIX əsrə aid olan "Molniya" markalı cib saatı, bir ədəd qızılı rəngli üzərində qədimi naxışlar olan 750 manat dəyərində qab, üzərində "Azerbaijan Carpet" yazısı olan göy rəngli bir ədəd çantanın içərisində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən Cənubi Azərbaycan Təbriz xalçaçılıq məktəbinə aid 165x110 ölçüsündə və XX əsrin sonlarına (1990-2000-ci illərə) aid olan qarışıq ipək saplarla toxunmuş bir ədəd böyük və iki ədəd kiçik ölçülü ümumilikdə 5000 manat dəyərində xalçaları, 2 ədəd hər biri 2000 manat dəyərində olmaqla cəmi 4000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XX əsrin birinci yarısına aid olan şamdanlar, 2 ədəd hər biri 3000 manat dəyərində cəmi 6000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XX əsrin birinci yarısına aid şüşə materialından tutacaqlı və qapaqlı qrafinlər, 2 ədəd 1000 manat dəyərində gümüş çaxır badələri, bir ədəd 500 manat dəyərində suvenir xəncər, habelə zərərçəkmişin mənzilindən bir ədəd qara rəngli 21000 manat dəyərində xəz gödəkcə, bir ədəd qara rəngli 13000 manat dəyərində "Roberto Cavalli" markalı xəz gödəkcə, bir ədəd qara rəngli 7000 manat dəyərində "Francesco Scognaniglio" markalı xəz gödəkcə, 8 ədəd brend markalı ümumi dəyəri 10000 manat təşkil edən qadın ətirləri, bir ədəd içərisindəki sənədin üzərində "Orucova" soyadı qeyd olunmuş original "Rolex" saatı, 3 ədəd brend markalı ümumi dəyəri 10000 manat olan qadın ziyafət donları və digər qiymətləri əşyaları oğurlayıb.

Məhkəmədə Üzeyir Kərimov ona elan olunmuş ittiham üzrə ifadəsində Elçin Orucovun evinə girməyini və oradan bəzi əşyaları oğurladığını təsdiq edib. Məhkəmədə verilən suallara cavab olaraq bildirib ki, Elçin Orucovun evinə 3-4 dəfə girib. Evin açarını qarajdan açar qabından götürüb. Qarajın pultu isə daima onda olub. Oğurlanan xalçanın və bakalın tarixi əhəmiyyətli olmasını bilməyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1023   Tarix: 17 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr