Milli Məclisin sədri Sahibə Qafarova İndoneziya Nümayəndələr Palatasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İndoneziya Nümayəndələr Palatasının sədri ilə görüşübMilli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olan İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani ilə görüşüb.

Sonxeber.az xəbər verir ki, görüşdə APA-nın Asiya parlamentlərini birləşdirən mühüm parlament platforması olduğu qeyd edilərək, Bakının evsahibliyi ilə keçirilən 15-ci plenar sessiyada bir sıra vacib məsələlərin müzakirə olunacağı diqqətə çatdırılıb:

Bu cür tədbirlərin ikitərəfli əlaqələrin müzakirəsi və genişləndirilməsi baxımından da əhəmiyyəti qeyd olunub.
Milli Məclisin sədri Sahibə Qafarova Nümayəndələr Palatasının sədri Puan Maharani ilə bundan öncəki görüşlərini məmnunluqla xatırlayaraq, belə görüşlərin və qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafına töhfə verdiyini bildirib.
Söhbət zamanı ölkələrimiz arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi mühüm beynəlxalq təşkilatlarda müsbət əməkdaşlıq və qarşılıqlı dəstəyin mövcud olduğu vurğulanıb. Spiker Sahibə Qafarova İndoneziyanın Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində təmsil olunduğunu və Şəbəkənin tədbirlərində iştirak etdiyini bildirib. Azərbaycanın sədrliyi ilə Parlament Şəbəkəsinin qarşısında duran vəzifələr, təşkilatın institusional inkişafı istiqamətində atılan addımlar barədə də danışılıb.

Görüşdə parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin dövlətlərimiz arasında əlaqələrin inkişafına mühüm və müsbət təsir göstərdiyi qeyd edilərək, qanunverici orqanlarımızın Parlamentlərarası İttifaq, İƏTPA, APA kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyi bildirilib. O cümlədən, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsinin, həmçinin, deputatların qarşılıqlı səfərlərinin və sıx təmaslarının münasibətlərimizin daha da genişlənməsinə xidmət etdiyi bildirilib.

İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani Azərbaycanda olmaqdan məmnunluğunu bildirərək, plenar sessiyanın uğurla təşkil olunacağına inamını ifadə edib. O, dünyada mövcud olan böhranlar fonunda sülh və təhlükəsizliyin təmin olunmasının çox mühüm əhəmiyyətə malik olduğunu, Azərbaycan və İndoneziyanının sülhpərvər dəyərlərə malik olduqlarını qeyd edib.

Söhbət zamanı spiker Sahibə Qafarova qonağa regionda mövcud olan vəziyyət, torpaqlarımızın işğaldan azad olunmasından sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng yenidənqurma və bərpa işləri barədə də məlumat verib.

Görüşdə həmçinin gender məsələləri, qadınların idarəetmədə təmsilçiliyinin artırılması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 700   Tarix: 18 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr