Qərbi Azərbaycan Xronikası: "Azərbaycanlıları çıxarıb, erməniləri gətirib, kurort şəhər saldılar"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "İstisuda qadınlar yığışıb, "parçakəsdi" mərasimi qururdular" adlı buraxılışda Dərələyəz mahalının Paşalı rayonunun İstusu kəndinin tarixi, adət-ənənələri, mətbəxi və irsi araşdırılıb.
Bildirilir ki, Dərələyəz mahalının Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində yerləşən İstisu kəndi Arpaçayının (Araz hövzəsi) yuxarı axınında, 2100 metr yüksəklikdə yerləşir. Ehtimallardan birinə görə, etimologiyası burada çarmıx qalasının yerləşməsi ilə bağlıdır. 1873- cü il siyahıya alınmasına əsasən burada 19 evdə 56 kişi, 58 qadın olmaqla cəmi 114 azərbaycanlı yaşayıb.
Qeyd olunur ki, Dərələyəzdə bir ailə rusların əlindən dağa çəkilib, qaçaq oldular. Səksən nəfər Qaçaq Safonun başına toplaşdı. Ruslar hücuma keçib, qaçaqlarla bacarmayıb geri çəkildilər. Ruslar danışıqlara məcbur olub Qaçaq Safoya səlahiyyət verdilər.
Diqqətə çatdırılır ki, kənd 1863-cü ildə salındı və İstisunun adını dəyişdirib Cermuk qoydular. İstisuda yaşayan azərbaycanlılara qarşı cinayətlər törədilib, amansızlıqlar olub. Azərbaycanlıları çıxarıb, erməniləri yerləşdirib kurort şəhəri saldılar.
Süjetdə Dərələyəzin İstisu möcüzəsinə, qadınların yığışıb, "parçakəsdi" mərasimi qurmasına, gələn xonçaların içinə nəyin qoyulub geri qaytarmaq ənənəsinə, gəlinin əlinə xına qoyulmasının əsl səbəblərinə aydınlıq gətirilir və İstisunun şəfaverici möcüzəli mətbəxi ilə bağlı maraqlı məqamlara toxunulur.
Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bakıda avtomobil gözəllik salonuna girdi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər