Changan Azərbaycan ikinci filialını Babəkdə açdı – Video

Changan Azərbaycan ikinci filialını Babəkdə açdı – VideoFevralın 28-də "Changan Azərbaycan"ın Babək prospekti 74A ünvanında ikinci rəsmi satış mərkəzinin açılış mərasimi baş tutub. Bununla da yeni bir mərhələnin başlanğıcını qeyd edən "Changan" Azərbaycanda fəaliyyətini genişləndirərək müştərilərinə daha yaxın olmağı hədəfləyib.
Açılışda Changan-ın İcraçı Vitse-Prezidenti İrven Li və nümayəndə heyəti iştirak edib.
Qeyd edək ki, "Changan"ın Azərbaycandakı tək rəsmi distribütoru olan "SR Auto" yalnız bir avtomobil şirkəti deyil - bazarın inkişafına yön verən, müştəri məmnuniyyətini əsas tutan və premium avtomobil həlləri təqdim edən bir qurumdur.
"Changan"ın Azərbaycandakı genişlənməsi də məhz "SR Auto"un gələcəyə baxış strategiyasının bir parçasıdır. Brendin Babək filialının açılış mərasimində "SR Auto"un CEO-su Toğrul Paşayev çıxış edib. O, yeni filialın açılışı ilə təkcə yeni bir avtomobil mərkəzi təqdim etmədiklərini, həm də müştərilərinə daha rahat və keyfiyyətli xidmət göstərmək üçün yeni imkanlar yaratdıqlarını bildirib.
Bir sıra tanınmış şəxslərin, bloqer və media mənsublarının da iştirakı ilə rəng qatılan "Changan"ın Babək filialının açılış mərasimində daha sonra çıxış üçün söz MDB Biznes Birliyinin baş meneceri, "Changan"ın qlobal nümayəndəsi Viktor Sana verilib. O, "Changan"ın dünyada ən yaxşı avtomobil brendlərindən biri olduğunu və Bakıdakı yeni filialın açılışı ilə unikal, maraqlı dizaynı olan və texnoloji cəhətdən kifayət qədər zəngin avadanlıqla təchiz edilmiş bir brendlə müştərilərin qarşısına çıxdıqlarını bildirib.

Sonda isə "Changan"ın Azərbaycandakı rəsmi distribütoru – "Azərbaycan Avtomobil Evi "MMC-nin rəhbəri Orxan Bayramov media mənsublarının suallarını cavablandıraraq brendin yeni filialının açılış mərasimi ilə bağlı öz təəssüratlarını bölüşüb: "Məqsədimiz üstün keyfiyyət və müasir texnologiyanı daha geniş auditoriyaya çatdırmaqdır. Bu tədbir "Changan"ın yalnız yeni xidmət və satış mərkəzinin açılışı deyil, "Changan"ın Azərbaycandakı mövqeyini gücləndirən bir addımdır".

Tədbir müzakirələrlə yekunlaşıb və iştirakçılar onları maraqlandıran sualları mütəxəssisələrə ünvanlamaq imkanı əldə ediblər.

Sonda iştirakçılara hədiyyələr təqdim olunub.

"Changan"ın Babək filialının açılış mərasimindən videogörüntüləri təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1124   Tarix: 03 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr