"Valideyinlər bəzi hallarda bunun əksini edir, hətta hədə-qorxu gəlirlər" - PSİXOLOQ

"Valideyinlər bəzi hallarda bunun əksini edir, hətta hədə-qorxu gəlirlər" - PSİXOLOQ"Hər il biz imtahanlardan sonra bu tipli hadisələrlə üzləşirik. Hətta, bəzi vaxtlarda intiharla nəticələnən xəbərdə qarşımıza çıxır. Bu halların qarşısını almaq üçün maarifləndirinci addımlar ilk növbədə valideyinlər üçün atılmalıdır. Çünki, birinci növbədə hansı tələbələr ki, özləri valideyinlərin həddindən artıq basqısı olmadan imtahana hazırlaşırlar onlar daha rahat şəkildə nəticə əldə edə bilirlər".

Bunu Sonxeber.az-a Amerika psixoloqlar assosasiyasının üzvü, Psixoloq Konsultant Şirin Məmmədli danışıb.

O, açıqlamasında qeyd edib ki, valideyinlər övladları ilə istənilən məsələ haqqında söhbət etməyi bacarmalıdır, onlara basqı etməli deyill
ər:

"Demirəm ki, bu dönəmdə abutriyentə nəzarəti tamamən buraxmaq lazımdır. Amma, onu da qeyd edim ki, nəzarət və basqı ayrı-ayrı hallardır. Nəzarət odur ki, tələbə ilə tez-tez maraqlanırıq, onun nədə çətinliyi olub-olmadığını soruşuruq. Bir məsələ haqqında basqı yox, söhbət etməyə çalışmalıyıq. Çünki, bunlar tamamən fərqli şeylərdir. Valideyinlər isə bəzən, söhbət əsnasında uşaqları demək olar ki, balaca vaxtından başlayır başqaları ilə müqayisə etməyə və yaxud da övladları mənfi qiymət aldıqda onlardan bunun hansı səbəbə görə belə olduğunu soruşmaqdansa, "filankəsin uşağı belə qiymət alıb, sən niyə oxumursan?" deyərək onun birbaşa eqosunu alçaldaraq məsələni həll etməyə çalışırlar. Düşünürlər ki, mən uşağı bir az sıxsam, onun eqosuna toxunacaq sözlər desəm o, səhvindən dönəcək. Amma, nəzərə almaq lazımdır ki, bizim qarşımızdakı böyük bir insan deyil. Akademik məsələ istənilən uşağın həyatında kifayət qədər önəmli məsələdir və bu istənilən abituriyentin həyatında bir ilkdir. Valideyinlər də bunu nəzərə alaraq övladları ilə motivasiya xarakterli söhbətlər aparmalıdır. Amma, valideyinlər bəzi hallarda bunun əksini edir, hətta hədə-qorxu gəlirlər. Bu zaman isə abituriyentlər daha təmkinli deyil, stressli olurlar. Onu da qeyd edim ki, əgər valideyinlər sınaq müddətində uşaqlarında diqqət əksikliyi hiss edirlərsə və yaxud da həyəcan həddindən artıqdırsa və buna görə nəticə əldə bilmirsə, artıq bunu daha öncədən mütəxəsislə məsləhətləşmək lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 951   Tarix: 03 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr