Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında növbəti iclası keçirilibMartın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib.

Sonxeber.az xəbər verir ki, iclası açan komitə sədri Azər Əmiraslanov bildirib ki, gündəliyə 7 məsələ daxildir.

Komitə sədri məlumat verib ki, gündəliyin ilk məsələsi "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsidir.

Bildirilib ki, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli qanunla mühasibat uçotunu elektron formada aparmalı olan mühasibat uçotu subyektlərinin dairəsi müəyyən edilmişdir. Təklif olunan qanun layihəsinə əsasən büdcə təşkilatlarında da mühasibat uçotunun elektron formada aparılması və bunun təmin olunması üçün "e-mühasibat" informasiya sisteminin tətbiqi təklif olunur. Qanun layihəsi "e-mühasibat" informasiya sisteminin təmin etməli olduğu məqsədləri müəyyən edir. Belə ki, "e-mühasibat" informasiya sistemi mühasibat uçotunu elektron formada aparacaq mühasibat uçotu subyektləri üçün maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsi imkanını yaradır.

Qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitə sədri gündəliyin ikinci məsələsi olan "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi (ikinci oxunuş) barədə danışıb.
Bildirilib ki, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən lisenziyaların və icazələrin alınmasından azadolma halları müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmalıdır. Bu qanun layihəsi müvafiq qurumun ("Azərbaycan Dəmir Yolları" QSC və onun strukturuna daxil olan qurumların) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün zəruri olan lisenziya və icazələrin alınmasından azad olunmasını nəzərdə tutur.

Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra Azər Əmirasalanov gündəliyin üçüncü məsələsi olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Kommersiya sirri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə danışıb.
O, bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı"nın 8.4.1-ci yarımbəndində benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması üçün normativ hüquqi əsasların formalaşdırılması öz əksini tapıb. Bu dəyişikliklər də həmin fəaliyyət planından irəli gəlir.

Sonra iclasda iştirak edən Maliyyə Monitorinqi Xidmətinin Hüquq departamentinin direktoru Mehman Əliyev qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, təklif olunan qanun layihəsi Milli Fəaliyyət Planının müvafiq tələbinə uyğun olaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Belə ki, qanun layihəsi hazırlanarkən Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 24-cü (hüquqi şəxslərin şəffaflığı və benefisiar mülkiyyətçiləri) və 25-ci (hüquqi təsisatların şəffaflığı və benefisiar mülkiyyətçiləri) tövsiyələrinə istinad edilib. Həmin tövsiyələr hüquqi şəxslərin və hüquqi təsisatların öz benefisiar mülkiyyətçilərini müəyyən etməsi, ölkə tərəfindən benefisiar mülkiyyətçilərə dair məlumat bazasının formalaşdırılması, o cümlədən bu prosesdə öhdəlik daşıyan şəxslərin hüquqi şəxs və hüquqi təsisat olan müştərilərinin benefisiar mülkiyyətçiləri barədə məlumatlarından istifadə edilməsi öhdəliyini müəyyən edir.
Layihənin qəbul edilməsi ilə hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinə dair dürüst, dəqiq, yenilənmiş məlumatları əks etdirən mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılması təmin ediləcəkdir, bu isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyinin artmasına xidmət edəcəkdir.

Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən komitə üzvləri Zaur Şükürov, Vüqar Bayramov, Əli Məsimli, Aydın Hüseynov və Məşhur Məmmədov layihənin əhəmiyyətindən danışıblar, qeyd və təkliflərini diqqətə çatdırıblar.
Maliyyə Monitorinqi Xidmətinin Hüquq departamentinin direktoru Mehman Əliyev qaldırılan məsələlərə münasibət bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında", "Standartlaşdırma haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi (birinci oxunuş) də müzakirə olunub.
Qanun layihəsi barədə məlumat verən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Elməddin Quliyev bildirib ki, qanun layihəsinin məqsədi keyfiyyətə nəzarət sahəsində rəqəmsallaşmanın həyata keçirilməsi məqsədilə vahid elektron informasiya sisteminin hüquqi bazasının yaradılmasıdır. Bu sahədə elektron xidmətlərin tətbiqi yolu ilə prosedurların optimallaşdırılması, ölçmə, texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və xidmətlərin şəffaflığının artırılması nəzərdə tutulur.
Yaradılması nəzərdə tutulan vahid elektron informasiya sistemi keyfiyyət infrastrukturu sahəsində fəaliyyət göstərən akkreditasiya edilmiş səlahiyyəti qurumlar tərəfindən təqdim edilən hüquq müəyyənedici sənədlərin (sertifikatların, şəhadətnamələrin, bildirişlərin və s.) elektron formada vahid elektron platforma üzərindən qeydiyyatının və reyestrinin aparılmasını və bu sənədlərin verilməsini, keyfiyyət təminatı sahəsində fəaliyyətlərin rəqəmsallaşdırılmasını, bu sahədə mövcud pərakəndəliyin aradan qaldırılmasını təmin edəcək, maraqlı tərəflərə (dövlət qurumlarına, sahibkarlıq subyektlərinə, vətəndaşlara və s.) keyfiyyətə nəzarət sahəsində həyata keçirilən fəaliyyətlərin nəticələrini asanlıqla izləmək imkanı yaradacaqdır.

Qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.
Sonra iclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi müzakirə olunub.

Komitə sədri Azər Əmiraslanov bildirib ki, qanun layihəsi məhkəmə və digər orqanların qərarlarının icrası sahəsindəki aparılan ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, "İcra məmurları haqqında" Qanunda icra məmurunun icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirilməsi ilə bağlı vəzifəsi təsbit olunur. Eyni zamanda, "İcra haqqında" Qanuna "İcra xidmətinin depozit hesabı" adlı maddənin əlavə edilməsi təklif olunur. Bu maddədə qeyd olunur ki, icra icraatı çərçivəsində pul vəsaitlərinin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçirilir. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə icra icraatı üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə inzibati məsuliyyəti müəyyən edən yeni maddə əlavə olunur.

Bu qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra iclasda "İnkişaf Etməkdə Olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi"nə qoşulmaq haqqında Azərbaycan Respublikasının qanun layihəsi müzakirəyə çıxarılıb.
Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan ötən ilin dekabrında İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) sammiti zamanı D-8-ə üzv qəbul olunub və qanun layihəsi bu təşkilatın nizamnaməsinə qoşulmaq barədədir.
Qanun layihəsi barədə məlumat verən komitə üzvü Zaur Şükürov ölkəmizin bu təşkilata üzv qəbul edilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanın D-8-ə qoşulması iqtisadi və ticarət əlaqələrinin inkişafına yeni imkanlar açır. Orta Dəhliz marşrutu üzərində yerləşən Azərbaycan, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə D-8 ölkələri üçün mühüm tranzit mərkəzinə çevrilir.
Azərbaycan D-8 çərçivəsində iqtisadi inteqrasiya layihələrində iştirak etməklə yanaşı, təşkilatın əsas prinsiplərinə töhfə verməyə davam edəcəkdir. Azərbaycanın təşkilata üzvlüyü beynəlxalq ticarət və iqtisadi mövqeyini daha da möhkəmləndirərək regional və qlobal əməkdaşlıq perspektivlərini genişləndirir.
Sənəd barədə komitə üzvü Aydın Hüseynovun fikirləri dinlənildikdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Gündəliyin sonuncu - yeddinci məsələsi olan "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə danışan komitə sədri Azər Əmiraslanov bildirib ki, layihə uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihəsi barədə məlumat verən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Vaqif Ataşov bildirib ki, məsələ Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə bağlıdır. Bununla əlaqədar olaraq, Məcəllədə istifadə olunun anlayışlar digər qanunlarda da öz əksini tapacaqdır.

Sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub. Bununla da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatıb.

İclasda komitə üzvləri Ziyad Səmədzadə, Heydər Əsədov, Rövşən Muradov, Tahir Mirkişili, Əlibala Məhərrəmzadə, Müşfiq Cəfərov və digər rəsmi şəxslər də iştirak ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 903   Tarix: 03 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr