Neft Emalı Zavodunun ərazisində baş verən yanğın SÖNDÜRÜLDÜ
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş verən yanğın geniş sahəyə yayılmasına imkan verilmədən, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Sonxeber.az bu barədə FHN-ə istinadən məlumat verir.
11:35
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən, qısa müddətdə məhdudlaşdırılıb.
Sonxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatda bildirilir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
11:07
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğın yerinə gəlib.
Oxu.Az-ın əməkdaşı hadisə yerindən görüntüləri təqdim edir:
10:59
Bakı Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri əraziyə yollanıblar.
Bu barədə Sonxeber.az-a nazirlikdən məlumat verilib.
10:35
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.03.2025-ci il tarixində saat 10:00-da Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbindən çağırış daxil olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
10:31
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən Sonxeber.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə, bütün zəruri təhlükəsizlik tədbirləri görülür.
10:17
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub
Sonxeber.az xəbər verir ki, bu barədə FHN Mətbuat Xidməti məlumat yayıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bakıda avtomobil gözəllik salonuna girdi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər