"İsveç parlamentinin ölkəmiz əlehinə qəbul etdiyi qərəzli və əsassız bəyanat siyasi mənəviyyatsızlıq nümunəsidir" - DEPUTAT

"İsveç parlamentinin ölkəmiz əlehinə qəbul etdiyi qərəzli və əsassız bəyanat siyasi mənəviyyatsızlıq nümunəsidir" - DEPUTAT"Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu bir çox dövlətləri və siyasi dairələri ciddi şəkildə narahat edir. 2023-cü ildə keçirilən antiterror tədbirlərindən sonra Qarabağdan könüllü olaraq köç edən ermənilər üzərindən aparılan çirkin qarayaxma kompaniyasında uğursuzluğa düçar olan qüvvələr, indi də keçmiş xunta rejiminin həbsdə olan dırnaqarası rəhbərlərindən siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar".


Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.

Deputat qeyd edib ki, İsveç parlamentinin ölkəmiz əlehinə qəbul etdiyi qərəzli və əsassız bəyanat siyasi mənəviyyatsızlıq nümunəsidir:

"Rəsmi Stokholm Azərbaycan və Ermənistan münasibətlərinin məntiqinə bələd olmadan hər zaman ermənipərəst mövqe nümayiş etdirmiş, proseslərə xristian təəssübkeşliyi prizmasından yanaşmışdır. Onların haqlı tələblərimizi görməzdən gəlməsi Avropa məkanında davam etdirilən anti-Azərbaycan ritorikasının təzahürüdür.

İsveç parlamentinin qərəzli və riyakar bəyanatı suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı hörmətsizlikdir.

Əli minlərlə günahsız insanların qanına batmış caniləri müdafiə etmək humanizm dəyərlərinin tapdalanmasıdır. Görünür rəsmi Stokholm erməni lobbisinin təsiri altında məsələni siyasi manipulyasiya alətinə çevirmək istəyir.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ittiham olunan şəxslərin taleyi qanunvericiliyin tələbləri əsasında həll olunacaq və heç bir sifariş xarakterli bəyanat prosesə əngəl ola bilməz. Belə olduğu təqdirdə köhnəlmiş formatlar fonunda təzyiq göstərmək cəhdləri uğursuzluğa məhkumdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 873   Tarix: 12 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi - FOTO

Dövlət Statistika Komitəsində (DSK) yeni kadr təyinatı olub. Bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hüseynov Emin Rafael oğlu DSK-nin Maliyyə - inzibati şöbəsinin müdiri vəzifəsinə gətirilib. Qeyd edək ki, adıçəkilən şöbənin əvvəlki müdiri Kuzina Tatyana Vladimirovn

12 iyun
.

Bakı metrosu yay qrafikinə keçir

"Bakı Metropoliteni" QSC yay qrafikinə keçir. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, iyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdiriləcək. Ali məktəblərdə və ümumtəhsil müəssisələrində müntəzəm tədris prosesinin başa çatması, həmçinin fəal istirahət dövrünü

11 iyun
.

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

2025-2026-cı tədris ilində ölkənin ümumi təhsil müəssisələrində işləyən müəllimlərin sayı açıqlanıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Agentliyin verdiyi məlumata görə ümumi təhsil müəssisələrində132 min 178 nəfər müəllim işləyib

13 iyun
.

"Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və uzunmüddətli sülhün təmin edilməsinə mühüm töhfədir" - DEPUTAT

2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur.Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

13 iyun
.

Qəfil ölən keçmiş səfir tanınmış şəxsin QARDAŞI İMİŞ - FOTO

Ötən gün qəfil dünyasını dəyişən Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun hansı tanınmış şəxsin qardaşı olduğu üzə çıxıb. "Unikal"a istinadən xəbər verir ki, o, xarici işlər nazirinin sabiq müavini Ramiz Həsənovun qardaşı imiş. 10:54. Azərbaycanı

12 iyun
.

DİM-dən magistraturaya qəbul imtahanı ilə bağlı XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 14-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahan respublikanın 3 şəhər və rayonunda - Bakı, Sumqayıt, və Abşeronda, ümumilikdə 63 binada təşkil olunacaq. İmtahan bütün binalard

12 iyun
.

Culfada yanğında 3 yaşlı uşaq öldü

Bu gün Naxçıvan Muxtar Respublikasının (MR) Culfa şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın olub. "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı Emil Cəfər oğlu Zeynalov xəsarə

11 iyun
.

İyunun 11-də Milli Məclisdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin

İyunun 11-də Milli Məclisdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr barədə ictimai dinləmə keçirilib. Aqrar siyasət komitəsinin sədr

11 iyun