"Şimali Makedoniya-Azərbaycan iqtisadi əlaqələri üçün geniş imkanlar mövcuddur"

"Şimali Makedoniya-Azərbaycan iqtisadi əlaqələri üçün geniş imkanlar mövcuddur""Qədim tarixi olan Makedoniya və Azərbaycan xalqı oxşar keçmişə, bənzər talelərə malikdirlər. Dünyada mürəkkəb tarixi yol keçmiş, bəşəriyyətə görkəmli sərkərdələr bəxş etmiş bu iki ölkə müəyyən dönəmlərdə müstəmləkə ölkəsi olaraq mücadilə aparıblar. Makedoniyalılar da azərbaycanlılar kimi 1990-ci illərdə müstəqillik qazandılar. Yuqoslaviya və SSRİ-nin dağılması nəticəsində Şimali Makedoniya ilə Azərbaycan müstəqil dövlət oldular. Bu gün Avropada Azərbaycanla ən yaxşı münasibətləri, güclü əlaqələri olan dövlətlər məhz Balkan yarımadasında yerləşir. Ölkələrimiz arasında güclü iqtisadi əməkdaşlıq digər sahələr üzrə də əlaqələrimizin inkişafına geniş imkanlar yaradır".

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub:

"Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda Şimali Makedoniyaya təyin olunub. Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradılıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir. Şimali Makedoniya Bakıda keçirilən COP29 sammitində ən fəal iştirak edən ölkələrdən biri idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 konfransı çərçivəsində ötən il noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb. Xanım Davkova sammitin mükəmməl təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirmişdi".

Millət vəkili qeyd etdi ki, Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün böyük potensial vardır və Şimali Makedoniya Prezidentinin ikinci səfəri bu imkanları daha da genişləndirir:

"Xüsusilə də enerji sahəsindəki əməkdaşlıq, ötən ildən Şimali Makidoniyaya qaz ixracı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq yeni imkanların açılması deməkdir. Azərbaycan Balkan dövlətlərinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa birjalarında təbii qazın qiymətinin 30 faiz artaraq 700 dollara yüksəlməsi bu bölgənin Azərbaycan qazına olan ehtiyacını daha da artırıb. Azərbaycan 2021-ci ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq".

Prezident İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanata toxunan M.Vəliyeva bildirdi ki, imkanların mövcudluğuna baxmayaraq, bu günə qədər ölkələrimiz arasında ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib:

"Azərbaycan qazının artıq Şimali Makedoniya bazarına çatdırılması ciddi iqtisadi hadisədir. Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Onların böyük əksəriyyəti – 10-u Avropa ölkəsidir. Mədəniyyət diplomatiyasının gücünə inanan xanım Davkova humanitar sahədə də əməkdaşlığa xüsusi əhəmiyyət verir. Ölkəmizin mədəni dəyərləri ilə maraqlanır və bu yanaşmanı ölkəmiz yüksək dəyərləndirir. Şimali Makedoniya Prezidentinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq XII Qlobal Bakı Forumunda iştirakı həm ölkəmizə göstərilən diqqətin, həm də Forumun əhəmiyyətinin göstəricisidir. Forum artıq dünya miqyasında layiqli yerini tuta bilib. Uzun müddət peşəkar siyasi fəaliyyətlə məşğul olmuş, beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmış xanım siyasətçinin Bakıya səfəri, Forumda çıxışı və tələbələrlə görüşü yüksək qiymətləndirilməlidir. Qordana Silyanovska-Davkovanın martın 11-də ADA Universitetində tələbələrlə görüşdə həm Şimali Makedoniyanın, həm də Azərbaycanın yeni dünya düzənindəki mövqeyi, qarşılıqlı maraqları haqqında açıq çıxışları, tələbələrin suallarına ətraflı cavabları diqqətəlayiq idi. Azərbaycan gəncləri bu cür təcrübəli siyasətçilərdən bəhrələnməli, faydalanmalıdır. Xanım Qordana Silyanovska-Davkova səfər zamanı onu da qeyd etdi ki, Şimali Makedoniya Azərbaycanla diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqini ləğv edəcək, ölkəmizin mədəniyyətini öyrənməyə, elm və təhsil sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcəkdir. Sonda bir daha qeyd etmək istəyirəm ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycan mədəniyyətinə rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 663   Tarix: 12 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr