"Azərbaycan ilə Şimali Makedoniya arasında əməkdaşlıq hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək" - Bəhruz Quliyev
"Bu günlərdə Şimali Makedoniya prezidentinin Azərbaycana səfəri iki ölkə arasında yeni əlaqələrin yaranmasına, yeni əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsinə imkanlar yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxışlarında da münasibətlərə yenidən baxılacağına, növbəti addımlar atılacağına əminlik vurğulandı".
Bu sözləri Sonxeber.az-a danışan Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, Azərbaycanla Şimali Makedoniya Respublikası arasında baxmayaraq ki, indiyə qədər çoxsahəli əməkdaşlıqlar olmayıb, amma son illərdə müxtəlif sahələrdə əhəmiyyətli dəyişikliklər müşahidə olunur. Bu əməkdaşlıq əsasən enerji, kənd təsərrüfatı və ticarət sahələrini əhatə edir:
"İlk növbədə qeyd edim ki, enerji sahəsində 2024-cü ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Şimali Makedoniyanın "ESM" Səhmdar Cəmiyyəti arasında "Enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu" imzalanıb. Bu sənəd, Şimali Makedoniyanın enerji təhlükəsizliyinin gücləndirilməsi və təbii qaz mənbələrinin şaxələndirilməsi məqsədini güdür. Anlaşmaya əsasən, tərəflər Azərbaycan təbii qazının Şimali Makedoniyaya təchizatını artırmaq və enerji sahəsində digər layihələri inkişaf etdirmək niyyətindədirlər.
Xatırlatmaq istəyirəm ki, kənd təsərrüfatı sahəsində də 2023-cü ilin noyabr ayında Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Şimali Makedoniya arasında "Kənd təsərrüfatı sahəsində əməkdaşlıq memorandumu" imzalanıb. Bu memorandum bitkiçilik, heyvandarlıq, aqrar təhsil və mütəxəssis hazırlığı kimi sahələrdə birgə işçi qrupunun yaradılmasını və əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Qeyd etdiyimiz kimi, Şimali Makedoniya prezidentinin budəfəki səfərində siyasi, ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi barədə prezidentlərin bəyanatında da mesajlar var idi.
Xatırlatmaq istəyirəm ki, Azərbaycan və Şimali Makedoniya arasında ticarət dövriyyəsinin artırılması üçün müntəzəm ünsiyyət kanallarının yaradılması və biznes forumlarının təşkili planlaşdırılır. Bu tədbirlər, hər iki ölkənin bazarlarında qarşılıqlı maraqları artırmaq və iqtisadi əlaqələri möhkəmləndirmək məqsədi daşıyır.
Ümumiləşdirib demək olar ki, Azərbaycan ilə Şimali Makedoniya arasında əməkdaşlıq, siyasi, elmi, enerji təchizatının şaxələndirilməsi, kənd təsərrüfatı sahəsində bilik və təcrübə mübadiləsi, eləcə də ticarət əlaqələrinin inkişafı kimi sahələri əhatə edir. Sözsüz ki, bu əməkdaşlıq, hər iki ölkənin iqtisadi inkişafına və regional sabitliyə müsbət təsir göstərəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 672 Tarix: 12 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabr