Bakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLAR

Bakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLARMartın 12-də Bakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb.

Musavat.com xəbər verir ki, iftar süfrəsində Milli Məclisin deputatları, Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu, Türkiyənin Azəbaycandakı səfiri Birol Akgün, tanınmış ictimai-siyasi xadimlər, şəhid ailələri və qazilər, tələbələr iştirak ediblər.

Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu vurğulayıb ki,Azərbaycan və Türkiyə həm xoş günlərdə, həm də dar günlərdə hər zaman bir-birinin yanındır:

"Türkiyə bilir ki, heç kim olmasa da, yanında Azərbaycan var. Bu birliyimiz daim olsun".

Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyə və Azərbaycan Ulu Öndərin "İki dövlət, bir millət" tezisini əsas götürərək yolunu davam etdirir: "Böyük Atatürkün sözlərini xatırlatmaq da yerinə düşər: "Azərbaycan xalqının sevinci də, kədəri də bizim sevincimiz, kədərimizdir. Son hadisələr də bunun əyani təzahürüdür. 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi dəstəyi heç zaman unutmayacağıq. Eyni zamanda Türkiyədə 6 fevral zəlzələsindən sonra azərbaycanlılar əllərindən gələn qədər türk qardaş və bacılarına yardım etdi. Bu münasibətlər bundan sonra daha da inkişaf edəcək. Bayraqlarımız hər zaman uca olsun!Yaşasın türk dünyası"!

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ölkəmizdə çalışmaqdan böyük şərəf duyduğunu bildirib: "Bizim qardaşlığımız sözdə deyil, həm də əməldə özünü büruzə verir. Ikinci Vətənimizdə fəaliyyət göstərmək mənim üçün xüsusi məna kəsb edir".

TBMM-in deputatı Şamil Ayrım deyib ki, UİD türk diasporasının güclənməsi, birliyin qorunması, Türkiyə-Azərbaycan birliyinin beynəlxalq təsirinin artırılması üçün böyük səy göstərir: "Bu gün Avropadan ABŞ-ə, Orta Asiyadan Afrikaya qədər geniş coğrafiyada yaşayan milyonlarla insan ortaq dəyərləri yaşadır. Türkiyə və Azərbaycan diasporalarının birgə fəaliyyəti ortaq hədəflərə çatmağı daha da asanlaşdıracaq. Digər tərəfdən ortaq strateji investisiyalar regional sülh üçün də töhfə verir".

Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan üzrə regional rəhbəri Cengiz Aygör jurnalistlərə açıqlamasında bildirib ki, Beynəlxalq Demokratlar Birliyi 2004-cü ildə Almaniyada, Kölndə yaradılıb və hazırda dünyanın 32 ölkəsində 57 şöbəsi ilə QHT kimi fəaliyyət göstərir: "Öncəliklə Türkiyədən kənarda yaşayan türk vətəndaşlar və türk topluluqlarının qarşılaşdıqları sosial, siyasi və mədəni problemlərinin həlli ilə məşğul oluruq. Eyni zamanda Azərbaycan və Türkiyə arasında birliyin yüksək səviyyədə olması üçün əlimizdən gələni edirik. Bu il fəaliyyət göstərdiyimiz bütün ölkələrdə iftar süfrələri təşkil etmişik. Bugünkü iftara 900 nəfər dəvət olunub. İlk dəfə bu qədər böyük proqram təşkil etmişik".

Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir isə qeyd edib ki, Türkiyənin, eləcə də Azərbaycanın müxtəlif qurumların tərəfindən iftar süfrələrinin təşkil olunur: "Ramazan yardımlaşmaq deməkdir. Azərbaycan və Türkiyə arasında yardımlaşma xüsusilə Ramazan ayında xatırlanır. Kahramanmaraşa Azərbaycanın qardaş köməyi ən çox Ramazan ayında yada düşür. Çünki zəlzələ qış ayında baş vermişdi. Əmin olun ki, hər bir türk vətəndaş azərbaycanlılar üçün dua edir".

Bakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLARBakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLARBakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLARBakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLARBakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLARBakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLARBakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLARBakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLARBakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLARBakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLARBakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLARBakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLARBakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLARBakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLARBakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 939   Tarix: 13 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021