İlin ilk Ay tutulması başladı
Bu ilin ilk Ay tutulması Bakı vaxtı ilə saat 07:57-dən etibarən başlayıb.
Sonxeber.az xəbər verir ki, bu 2025-ci ilin tam Ay tutulmasıdır.
Tutulma hadisəsi Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın qərbi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edir.
Bakı vaxtı ilə saat 07:57-də başlayan tutulma hadisəsi 14:00-da bitəcək. Ümumilikdə tutulma 6 saat davam edəcək, tam tutulma isə saat 10:26-da başlayıb saat 11:31-də bitəcək. Tam tutulmanın maksimumu saat 10:58-də olacaq.
Məlumat üçün bildirək ki, Ay tutulmasının baş vermə səbəbi Yerin orbit müstəvisi ilə Ayın orbit müstəvisinin cəmi 5 dərəcə fərqlənməsidir. Ay tutulması Ayın bədrlənmiş fazasında orbitinin düyünlərində və ya ona yaxın olduqda baş verir. Yer Günəşlə Ay arasına keçərək Günəşdən gələn işıq şüalarının qarşısını kəsir.
Qeyd edək ki, gözlənilən tam Ay tutulması yerli vaxtla gündüz saatlarına uyğun gəldiyi və Ay üfüqdən aşağıda olacağı üçün Azərbaycandan görünməyəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 686 Tarix: 14 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Aquarius Fitness"in rəhbəri sığortasız "Lexus" sürdü, cərimə olundu
"Aquarius Fitness" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri cərimə olunub. Qaynarinfo-nun məlumatına görə, Məmmədyarova Günel Həsən qızının rəhbəri olduğu şirkətin mülkiyyətində olan "Lexus Es300 H Hibrid Minik" markalı, "AA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəs
12 iyunBu şəxslər 5000 manat cərimələnəcək
Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək. Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, barəsind
12 iyun"Space TV"də işə başladı
Aparıcı Vüsalə Səid "Space TV"də işə başlayıb. Axşam.az xəbər verir ki, aparıcı kanalın xəbərlər buraxılışını təqdim edəcək. Bu barədə Vüsalə sosial media hesabında özü paylaşım edib. Qeyd edək ki, V.Səid Lider TV, İctimai TV, AZTV kimi kanallarda çalışıb
11 iyunCulfada yanğında 3 yaşlı uşaq öldü
Bu gün Naxçıvan Muxtar Respublikasının (MR) Culfa şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın olub. "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı Emil Cəfər oğlu Zeynalov xəsarə
11 iyunAzər Mursaqulov yeni şöbə müdiri təyin etdi - FOTO
Dövlət Statistika Komitəsində (DSK) yeni kadr təyinatı olub. Bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hüseynov Emin Rafael oğlu DSK-nin Maliyyə - inzibati şöbəsinin müdiri vəzifəsinə gətirilib. Qeyd edək ki, adıçəkilən şöbənin əvvəlki müdiri Kuzina Tatyana Vladimirovn
12 iyunTuran klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?
Bakı şəhərində fəaliyyət göstərən "Turan" klinikası ilə bağlı ciddi iddialar ortaya çıxıb. XALQ-ın məlumata görə, klinikada çalışan bəzi həkimlərin müvafiq dövlət sertifikasiyasından keçmədiyi, onların bir qisminin isə 65 yaşdan yuxarı olduğu iddia olunur. Bu iddialar səhiyyə sistemində kad
11 iyun