Şəhidin 9 yaşlı övladı Leyla Əliyevaya: "Sizin də atanız bir qəhrəmandır! İstəyirik ki, bu mahnını bir yerdə ifa edək!"
Leyla Əliyeva Novruz bayramını şəhid övladları ilə birgə qarşılayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu il də Novruz bayramını şəhid övladları ilə birlikdə keçirib.
Lent.az xəbər verir ki, "Mənim Atam Qəhrəmandır" layihəsi çərçivəsində 200-ə yaxın şəhid övladı üçün Şahdağda üç günlük bayram şənliyi təşkil edilib. Bayram tədbirləri zamanı şəhid qızı, 9 yaşlı Aylin Hümbətli hər kəsi duyğulandıran bir çıxış edib. O, "Mənim atam qəhrəmandır" himnini Leyla Əliyevaya hədiyyə edərək, onu bu nəğməni şəhid övladları ilə birgə ifa etməyə dəvət edib:
"Əziz Leyla xanım, sizin atanız da bir qəhrəmandır! Bu nəğməni bizimlə birgə oxuyaraq qələbəni bizə yaşadan qəhrəman atalarımıza hədiyyə etməyinizi xahiş edirik."
Leyla Əliyeva şəhid övladları ilə birgə nəğməni ifa edərək onların sevincinə sevinc qatıb. O, şəhid ailələrinə daim diqqət və qayğı göstəriləcəyini, onların heç zaman unudulmayacağını vurğulayıb.
Bayram çərçivəsində şəhid Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova və daha 15 şəhid övladı doğum günlərində xüsusi olaraq təbrik ediliblər. Daha sonra Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrinə bayram hədiyyələri təqdim olunub.
Tədbirdə iştirak edən Fondun icraçı direktoru Anar Ələkbərov şəhid ailələrinə bir daha dəstəyini ifadə edərək vurğulayıb:
"BİZ ONLARI QORUMALIYIQ!"
"Şəhid övladları bu vətənin bizə əmanətidir. Onlar atasız qalmayıb, çünki onların ataları bu xalqın qəlbində əbədi yaşayır. Onların göz yaşını silmək, üzlərini güldürmək, gələcəyə inamla baxmalarını təmin etmək bizim borcumuzdur. Çünki bu gün azad yaşadığımız hər gün onların atasının bizə mirasıdır!" -, deyə Anar Ələkbərov çıxışında bildirib.
Bu sözlər bir daha göstərir ki, şəhid ailələri heç vaxt unudulmayacaq, onların qəhrəman atalarının ruhu daim əziz tutulacaq. Heydər Əliyev Fondu və dövlətimiz hər zaman şəhid övladlarının və ailələrinin yanında olacaq!
Əziz şəhid övladları bir daha sizin Novruz bayramınızı təbrik edirik! Biz hər zaman atalarınızın adından onların sevgisi ilə yanınızdayıq!
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2466 Tarix: 21 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabr