Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
"Bu ilin iki ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azalaraq 338 min 600 nəfər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Çindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, İordaniyadan - 44,6 faiz, Hindistandan - 44,0 faiz, Qırğızıstandan - 25,7 faiz, Qazaxıstandan - 21,0 faiz, Pakistandan - 19,6 faiz, Misirdən - 18,9 faiz, ABŞ-dan - 17,4 faiz, Niderlanddan - 16,5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 1,6 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9,9 faiz, MDB dövlətlərindən gələnlərin sayı 9,2 faiz azalıb".
Milli.Az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov paylaşım edib:
"Göründüyü kimi, 3 əsas istiqamət üzrə ölkəmizə gələn tursitlərin sayında azalma qeydə alınıb. Azərbaycan üçün gəlmə turizimdə əsas regionlardan olan körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının ayrı-ayrılıqda 10 faizə yaxın azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə, bu ilin ilk ayını gəlmə turzim azalma ilə başa vurub.
Son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb".
Qeyd edək ki, gələnlərin 23,4 faizi Rusiya, 18,6 faizi Türkiyə, 9,9 faizi Hindistan, 9,3 faizi İran, 5,0 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, hər birindən 2,9 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Küveyt, 1,7 faizi Özbəkistan, 1,6 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Türkmənistan və Ukrayna, 1,2 faizi İsrail, 1,1 faizi Oman, 11,3 faizi digər ölkələrin vətəndaşları olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki yaşayış kompleksindən 27, Sumqayıt şəhəri, Sülh prospektindəki yaşayış kompleksindən 38 və Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsindəki yaşayış kompleksində
17 noyabrEIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu sabit saxlayıb
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu sabit saxlayıb. xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın noyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib. EIA-nı
11 noyabrQızıl bazarında son vəziyyət
5 noyabr 2026-cı il tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, hazırda qızılın 1 unsiyasının dəyəri 6 720.5420 manat, 1 qramının rəsmi qiyməti isə 216.07 manat təşkil edib. Müvafiq olaraq, 99 əyyarlı təmiz qızılın 1 qramı 216.07 manat, 750 əyyarlı İtalyan qızılını
5 noyabrQızıl almaq istəyənlərin NƏZƏRİNƏ
2026-cı il 17 noyabr tarixində Azərbaycan bazarında qiymətli metallar üzrə qızılın qiymətləri məlum olub. "Yeni Sabah" xəbər verir ki, ölkədə 1 unsiya qızılın qiyməti 6 572,4040 manat təşkil edir. Bazar göstəricilərinə görə, 99 əyyarlı təmiz qızılın 1 qramı 211,31 manata bərabərdir. Digər əyyarla
17 noyabrAzərbaycanda çips vergiyə cəlb olunacaq
Çips aksizli mal olacaq və hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksi
5 noyabrAzərbaycanda qızılın son qiymətləri
Azərbaycanda 2026-cı il 12 noyabr tarixinə olan qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 12 noyabr 2026-cı il tarixinə olan məlumata görə, ölkədə 1 unsiya qızılın qiyməti 6881.07 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 221.23 manat təşkil edir. Digər əyyarlar üzr
12 noyabrAzərbaycanda 9 ayda nəqliyyat dəhlizləri ilə daşınmış yükün həcmi açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 12 milyon 81,7 min ton yük daşınıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bundan başqa, məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə 5 milyon 370,1 min ton, və avtomobi
16 noyabr