Ənvər Paşanın baş tutmayan planı: İrana, Türküstana və Hindistana yürüş

Ənvər Paşanın baş tutmayan planı: İrana, Türküstana və Hindistana yürüş1914-cü ilin dekabrında Osmanlı İmperiyası artıq Birinci Dünya Müharibəsinin iştirakçısı idi. Bu zaman dövlətin de-fakto birinci şəxsi sultan deyil, hərbi naziri Ənvər Paşa idi. O, Böyük Britaniya, Fransa və Rusiya ilə müharibə vəziyyətində olan Osmanlı İmperiyasının nəzarət etdiyi əraziləri genişləndirməyi hədəfləyirdi.

Lent.az Ənvər Paşanın baş tutmayan İran, Türküstan və Hindistana yürüş planından bəhs edir.

Ənvər Paşanın müharibə sırasında ağlında dəqiq bir fəaliyyət planı var idi. O, Qafqaz cəbhəsində rus ordusunu gözlənilməz zərbə ilə məhv edərək Hindistana qədər uzanacaq bir yürüş planı düşünürdü. Bunun üçün Rusiyanın Qafqaz ordusunu mühasirəyə almaq üçün Sarıqamış şəhərinin sağ cinahından böyük qüvvələrlə zərbə endirməyi planlaşdırırdı. Geri çəkilməyə imkanları olmayan və özlərini azlıqda tapan həmin rus qüvvələri isə istər-istəməz Sultanın mərhəmətinə təslim olmalı idilər. Ənvər Paşa sonra heç bir müqavimət görmədən Batumi, Qars və Ərdahan ələ keçirərək 1877-1878-ci illərdə itirilən şəhərləri geri qaytarmağı düşünürdü. Ardınca, cihad elanı ilə möhkəmlənən belə bir parlaq qələbə digər müsəlman xalqlarını Orta Asiyada, Əfqanıstanda və Hindistanda Rusiya və İngiltərəyə qarşı üsyana ruhlandıracaqdı. Osmanlılar Orta Asiya və ya İran vasitəsilə Hindistana qarşı kampaniyanı olduqca ciddi müzakirə etdilər.

Əslində, müəyyən qədər uğur qazanmaq şansı var idi: qışda Qafqaz cəbhəsində aktiv hərbi əməliyyatlar aparmaq çətin olduğundan, müharibənin əvvəlində sayca ciddi şəkildə məhdudlaşan rus qoşunları bu qədər böyük türk qüvvələrinin hücumunu gözləmirdilər və Osmanlı qoşunları meydana çıxanda lap əvvəldən ruslar arasında panika başladı. Lakin Osmanlı sərkərdələri həmin diqqətsizliyə üçqat məsuliyyətsizliklə cavab verdilər. Hücum edən türk qüvvələri düşməndən hər şeyi ələ keçirmək ümidi ilə qışın soyuğunda özləri ilə heç bir ləvazimat, isti paltar götürmədilər, lakin Sarıkamış şəhəri də təslim olmadı. İlkin panikadan sonra ruslar azlıqda olsalar da, çox inadkar müqavimət göstərdilər

Generallardan biri olan Hafiz Haqqı bəy isə kiçik bir rus dəstəsini təqib edərkən əsas qüvvələrdən çox uzaqlaşdı və həlledici anda onun əsgərləri ciddi itki verərək geri çəkildilər.
Sarıqamış döyüşlərinin nəticələri Osmanlı İmperiyası üçün faciəli oldu. İlk başda yola çıxan 120.000 Osmanlı əsgərindən 90.000-ə qədəri öldürüldü, dondu, əsir düşdü və ya yaralandı. Türklər əzmlə vuruşdular, lakin qələbə onlara nəsib olmadı, bundan sonra Osmanlı İmperiyası Qafqazda irəliləmək gücünü itirdi, strateji təşəbbüsü tamamilə rus qoşunlarına verdi. Beləiklə, 1917-ci il oktyabr çevrilişinə əvvəl ruslar Osmanlı ərazilərinin dərinliklərinə doğru irəlilədilər və Bitlis, Van, Trabzon, Ərzincan, Ərzurum kimi böyük şəhərləri işğal etdilər. Birinci Dünya Müharibəsinin Qafqaz cəbhəsi Osmanlı İmperiyası üçün fəlakətə çevrildi, buna görə də artıq ümumi cihaddan, Orta Asiya və Hindistanın fəthindən söhbət getmirdi.

Ənvər Paşanın Hindistana qədər uzanan fəth planı baş tutmasa da, 1917-ci ilin oktyabr çevrilişi ilə zəifləyən Rusiya tezlijlə Qafqaz cəbhəsindən geri çəkildi və Osmanlı qoşunları Anadolunu bütünülüklə azad edərək, sonradan 1918-ci ilin sentyabrında Bakını da kommunist-daşnak qüvvələrindən azad edərək regionda güc balansını öz xeyirlərinə dəyişdilər. Gələcək fəth planlarına isə 1918-ci ilin oktyabrında Osmanlı İmperiyasının Antanta qüvvələrinə təslim olduğu Mudros müqaviləsi mane oldu


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1080   Tarix: 28 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr