Taxıl sazişi üzrə görüşün mümkün yeri məlum olub
"Qara dəniz təşəbbüsü üzrə görüş Türkiyədə keçirilə bilər".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "RİA Novosti" diplomatik mənbəyə istinadən məlumat verir.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışıqları zamanı yeni taxıl sazişi məsələsi müzakirə edilib.
"Bilirsiniz, ötən həftə iki ölkənin liderləri arasında telefon danışıqları zamanı Qara dəniz təşəbbüsü də müzakirə edildi. Müəyyən mərhələdə, tərəflərin razılığı ilə, danışıqlar Türkiyədə də keçirilə bilər, Ankarada belə bir hazırlıq var", - deyə agentliyin həmsöhbəti bildirib.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsini və kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan Qara dəniz təşəbbüsünü həyata keçirmək barədə razılığa gəliblər. Sazişin bağlanması üçün şərtlərdən biri "Rosselxozbank"dan sanksiyaların götürülməsidir.
Xatırladaq ki, taxıl sazişi kimi tanınan Qara dəniz taxıl təşəbbüsü Rusiya, Ukrayna, Türkiyə və BMT arasında 22 iyul 2022-ci ildə imzalanıb. Bu, Rusiyadan qida məhsulları və gübrələrin dünya bazarlarına çatdırılmasına, həmçinin Ukrayna limanlarından taxıl və ərzağın təhlükəsiz daşınmasına kömək edirdi. Rusiya 2023-cü il iyulun 17-də ölkəyə qarşı bir sıra öhdəliklərin yerinə yetirilməməsini əsas gətirərək, təşəbbüsün uzadılmasından imtina etdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Yeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı