TƏBİB-dən Sabirabadda ölən körpələrlə bağlı - Açıqlama
TƏBİB Sabirabadda bayram günlərində ölən körpələrlə bağlı məlumat yayıb.
Sonxeber.az xəbər verir ki, məlumatda deyilir:
"Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə martın 23-də saat 01:20 radələrində 2005-ci il təvəllüdlü 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qram ölü döl xaric olunub.
Növbəti gün isə 1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə saat 01:50 radələrində uşaqlıqda iki dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub. Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qr. çəkidə olan körpə dünyaya gəlib. Vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.
Digər 39-40 həftəlik hamilə olan 2006-cı il təvəllüdlü şəxs isə hospitalizasiya olunub. Doğuşun birinci dövrü, baş gəlişi, rezus faktor mənfi, ölü döl diaqnozları təyin olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qr. ölü döl xaric olunub".
Qeyd edilib ki, hər üç zahının müalicələri tibb müəsisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1104 Tarix: 31 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021