"Problemli aparıcılar bir qayda olaraq dünyagörüşü dayaz, kasad olanlardır" - AÇIQLAMA
"Kanal S"in efirində aparıcı Nigar Fərhadın "Mən oğluma atası olmayan qızı ala bilmərəm" fikri birmənalı qarşılanmayıb. Onun fikrini cəmiyyətin müxtəlif təbəqəli insanları, ictimai xadimlər, şəhid ailələri, cəmiyyətdə önəmli mövqeyə malik insanlar sərt tənqid edib. Onlar sosial şəbəkələrdə aparıcının sərt cəzalandırılmasını tələb ediblər.
Bəs görəsən bu halların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı media eksperti Azər Həsrət Sonxeber.az -a açıqlama verib:
"Efirə çıxıb aparıcılıq edən şəxslər hər bir ifadələrinə diqqətlə yanaşmalıdırlar. Sadəcə ifadələrinə deyil, öz görünüşlərinə, davranışlarına da diqqət etməlidirlər. Əlbəttə ki, efirdə səsləndirilən fikirlər də qırıcı olmamalıdır. Konkret şəxsə və ya ümumi auditoriyaya yönəlik fikirlər səsləndirdikdə ifadələr çox diqqətlə seçilməlidir. Bunu etməyi bacarmaq üçün də aparıcının yetərli hazırlığı, savadı və dünyagörüşü olmalıdır. Problemli aparıcılar bir qayda olaraq dünyagörüşü dayaz, kasad olanlardır. Yəni, hər hansı yolla gəlib efirə çıxıb veriliş aparırlar, adları çəkilir, görüntüləri yayılır və onlara elə gəlir ki, dünyanın ən ağıllı adamlarıdırlar. Hətta başqalarına ağıl da öyrədirlər. Ədəb, əxlaq, tərbiyə çərçivəsini aşan bu cür davranışlar məqbul deyil. Audiovizual şura belə halları mümkün qədər tez, çevik nəzərdən keçirməli və gərəkli tədbirlər görməlidir. Efirə çıxan, aparıcılıq edən şəxslər televiziya və radio qurumları tərəfindən ciddi şəkildə araşdırılmalı və sonra efirə buraxılmalıdır. Onlara peşə davranış qaydaları təqdim olunmalı, imzalatdırılmalıdır. Yetəri qədər savadı, etik davranışları nəzərdən keçirildikdən sonra efirə buraxılmalıdırlar. Təəssüflər olsun ki, bəzən bu faktorlar nəzərə alınmadan kimlərsə efirdə aparıcılıq etməyə başlayır və daha sonra da bu tip xoşagəlməz hallarla üz-üzə qalırıq"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2785 Tarix: 01 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabr