Sahibə Qafarova PAİ-nin Assambleyasında Azərbaycanın sosial siyasətdəki nailiyyətləri haqqında məlumat verib
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Parlamentlərarası İttifaqın "Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri" mövzusuna həsr edilmiş 150-ci Assambleyasında Azərbaycanın sosial siyasət sahəsində əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verib.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, hökumətimizin yanaşmasına əsasən, güclü iqtisadi baza sosial siyasətin daha effektiv həyata keçirilməsinə imkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial ədalət prinsipləri bizim üçün hər zaman önəmli olub."
Sahibə Qafarovanın sözlərinə görə, bu siyasətin mühüm nailiyyətləri sırasında işsizlik və yoxsulluq səviyyəsinin 5.5 faizə endirilməsi var. O deyib ki, son beş ildə qəbul olunmuş dörd sosial islahat paketi əhalinin 40 faizini əhatə edib – minimum əməkhaqqı 2.7 dəfə, əməkhaqqı fondu 2.6 dəfə, sosial müavinət və pensiya ödənişləri isə 5 dəfə artırılıb. Bu gün hökumətimiz milli inkişaf strategiyalarını Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırıb. "Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər" sənədi sosial ədalətə əsaslanan dinamik və inklüziv cəmiyyətin yaradılmasını beş milli inkişaf prioritetindən biri kimi təsbit edib.
Milli Məclisin sədri həmçinin bildirib ki, sosial inkişafın ümumi çərçivəsi Konstitusiyamızla müəyyən olunub. Bu yanaşmaya uyğun olaraq, parlamentimiz sosial inkişafın müxtəlif sahələrini əhatə edən əsas qanunları qəbul etmişdir. Mövcud qanunlara dəyişikliklərin edilməsi də daim diqqət mərkəzindədir, çünki qanunvericilik dinamik və davamlı inkişaf edən bir prosesdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 712 Tarix: 06 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ərazilərdə iyun pensiyaları ödənildi
Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublik
12 iyunMəktəbdə "TikTok"un yaratdığı təhlükələrin qarşısını necə alaq? - AÇIQLAMA
Sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə məktəblilərin bu platformalardan istifadəsi ciddi müzakirə mövzusudur. Xüsusilə "TikTok" kimi qısa video platformaları uşaqlar və yeniyetmələr arasında böyük populyarlıq qazanıb. Bununla yanaşı, təhlükəli çağırışlar, zorakılı
12 iyunBakı metrosu yay qrafikinə keçir
"Bakı Metropoliteni" QSC yay qrafikinə keçir. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, iyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdiriləcək. Ali məktəblərdə və ümumtəhsil müəssisələrində müntəzəm tədris prosesinin başa çatması, həmçinin fəal istirahət dövrünü
11 iyunGamar Babayeva müştəriləri necə aldadır?
Müğənni Sevda Sanəliyeva üz prosedurları ilə bağlı müraciət etdiyi kosmetoloqun qiymət siyasətindən narazı qaldığını açıqlayıb. XALQ xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək izləyicilərini diqqətli olmağa çağırıb. Sevda Sanəliyevanın sözlərinə görə, eyni prosedu
11 iyun"Bir plus" mağazasından şikayət: Nasaz məhsullar satılır?
1200 manata arzusunda olduğu robot tozsoranı aldı. Amma, sevinci çox çəkmədi. XALQ xəbər verir ki, Şəlalə Ağaşirinovanın sözlərinə görə, 10 gün sonra mağazadan məlumat verilib ki, servis heç bir problem aşkarlamayıb. Məhsul normal işləyir, gəlib təhvil götürsün. Məsələ ilə əlaqədar "bir plus"
11 iyunRayonlara leysan yağır - FAKTİKİ HAVA
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 12-si saat 11:00-a olan məlumatında qeyd edilib. Düşən yağıntının miqdarı Kişçayda (Şəki) 27, Şahdağd
12 iyun"MEQAPLUS MMC"-dən şikayət: "Mənə olan borc elə 130000 manatdır"
Sumqayıt şəhər sakini Vüqar Nəcəfov üzləşdiyi problemlə bağlı -a müraciət edb. O bildirib ki, avqustun 20-si 2024 ci il tarixində "MEQAPLUS MMC" tərəfindən ona təklif edilən, Üzeyir Hacıbəyli 57 ünvanında yerləşən binada (Ferrari binası kimi tanınan) işə başlayıb. İşə başlamazdan əvvəl rəsm
11 iyun