Bakıda mənzil qiymətinə qarajlar satılır - 85 min manat
Bakıda yerləşən yeni binalarda mənzil qiymətinə qarajlar təklif olunur.
Qarajların 10 kvadratmetri 30-85 min manat aralığında qiymətə satılır.
Elan saytlarında daşınmaz əmlak kimi qarajların satışı üçün də bölmə var.
Yeni tikilən binaların çoxunda bəzi sakinlərə binaların altındakı dayanacaqlarda maşınlarını park etməyə icazə verilmir. Adətən park yerləri binalardakı mənzillərin sayından daha az olur. Odur ki, binaların sahibləri bu yerləri sakinlərə yüksək qiymətlə satır. Mövzu ilə bağlı danışan hüquqşünas Şamil Paşayevin sözlərinə görə, Mənzil-Tikinti Koorperativləri özülündən başlamış texniki mərtəbələrinə qədər binanın pulunu payçılardan alırlar. Daha sonra isə texniki mərtəbə ilə zirzəmi hissəsini öz məqsədləri üçün istifadə edirlər. Bu isə tamamilə qanunsuzdur.
Hüquqşünas bildirib ki, qaraj olaraq istifadə edilən sahələr ümumi istifadədə olduğundan satışı qanuni deyil.
Qeyd edək ki, Mənzil Məcəlləsinin 35.1 ci maddəsinə əsasən, binalarda qaraj kimi satılan sahələr ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur./Qaynarinfo
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 670 Tarix: 08 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!
Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında
10 sentyabr31° isti... - Sabahın havası
Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq
10 sentyabrHikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, universitetin Hüquq fakültəsinə 600-dən yuxarı bal toplayara
11 sentyabrYeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
11 sentyabr