Xalq artisti "Azdrama"dakı qalmaqaldan danışdı - "Haram olsun o kəslərə ki..."
Azərbaycan Dövlət Akademik Dram Teatrında (AzDrama) baş verən narazılıqlar sənət cameəsində rezonans doğurub.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Xalq artisti Afaq Bəşirqızı ajans.az-a açıqlamasında teatrda baş verənləri kəskin tənqid edib.
Afaq Bəşirqızı bildirib ki, yaradıcı insanlara fərdi yanaşmaq vacibdir:
''İndi deyəcəklər ki, Afaq Bəşirqızı yeni qanunlar icad edib. Amma 53 illik təcrübəmdən də deyə bilərəm ki, yaradıcı adamlar onları idarə edən şəxslərə çox bağlı olurlar. Ona görə də hər bir kəsə onun xasiyyəti ilə yanaşmaq lazımdır. Onların psixologiyaları o qədər güclü olmalıdır. Hər halda onlar bilməlidirlər ki, bu teatrda işləyən sənətkarların özlərinin yanaşma tərzləri var.
Çünki aktyor gecə-gündüz bilməz. Ona nə vaxt desən, məşqə gəlir, qastrola hazır olur. Xəstə belə olsa, qastrola gəlir. Biz o qədər əlverişsiz mehmanxanalarda yatmışıq ki... Yəni aktyor belə fədaidir. Ona görə də deyirlər ki, incəsənət qurban tələb edir. Ancaq bu qurbanları qiymətləndirən də lazımdır. Ən azından onlara insan kimi rəftar etmək gərəklidir.
Biz qastrolumuz olanda belə, gizlin şəkildə hansısa məktəbdə tamaşaya qoşulmuşuq. Hansı ki, aldığımız 200 manat pulu 15 nəfər arasında bölmüşük. Teatra verilən mükafatı neçə aktyorsuz yemək olar? Aktyoru heç olmasa saymaq olmazmı? Ən azından onları bir yerə qonaq dəvət edib demək olmazmı ki, sizin tökdüyünüz alın tərinə görə bunu verirəm? Görün iş nə yerə çatıb ki, biz klassiklərə əl uzadırıq".
Xalq artisti vurğulayıb ki, bəziləri klassiklərlə özünü bir tərəziyə qoyur:
''Bu artıq özündənrazılıq, ağılsızlıq deməkdir. Sənin arxanda kim dayanırsa-dayansın, o adamın da adını dillərə salırsan. Hər birimizin bir-birinə yazılmamış qanun olaraq hörmətimiz var. Qurban olasınız onlara ki, biz həmin şəxslərin adlarını çəkə bilmirik. Bu o demək deyil ki, biz qorxuruq və ya nədənsə çəkinirik. Haram olsun o insana ki, kiminsə haqqını və yaxud öz haqqını müdafiə etmək üçün kimdənsə qorxsun. Qısası, heç olmasa onları bu layiq olmadıqları vəzifəyə qoyanda fikirləşin ki, onlar kollektivlə işləyəcəklər. Bu kollektivdə şəhid anası, atası, qızı var.
Azərbaycanda şəhid kimi müqəddəs ad yoxdur. Düzdür, bəzi haram olmuşlar bu addan istifadə edirlər. Mən şəxsən padşah olsaydım, şəhid adı çəkən adamın boynunu vurdurardım. Çünki şəhidə yalan və şər atmaq olmaz. Bizim teatrda bir şəhid anası var idi. Mən hər zaman deyirdim ki, ona güzəştlər olmalıdır. Çünki o, balasını bu dövlət üçün qurban verib. Təbii ki, bu qədər narazılığı salan adamlar bala dadı görməyən adamlar ola bilər.
Mən aktyorların tərəfindəyəm. Neçə vaxtdır danışmamağımın səbəbi yalnız hörmətə görə olub. Çünki o teatrda elə yaradıcı adamlar var ki, mənim dostlarımdır. Mən onların qarşısında danışa bilməzdim. Hər bir halda mən onların yanındayam və onlara haqq qazandırıram''.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu