Qədəşovun kürəkəninin işi yenidən araşdırılır - "Atlant"ın üzərinə həbs qoyulub

Qədəşovun kürəkəninin işi yenidən araşdırılır - "Atlant"ın üzərinə həbs qoyulub"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə yenidən araşdırması davam edir.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda 171 nəfər zərərçəşmişdən çoxu iştirak edib.

Bu iş əvvəl başqa hakimlər tərəfindən araşdırılıb. Həmin prosesə sədrlik edən hakim Siyavuş Hacıyevin ölümündən sonra istintaq dayandırılmışdı. Bu dəfə işi Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər araşdırır.

İstintaq materiallarında yazılıb ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində "Tərbiz" MTK-nın tikilməkdə olan binasından bir mənzili bir neçə nəfərə satıb. Nəticədə 171 vətəndaşın 14 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirilib.

Nofəl "Atlant" İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı "Atlant"ın təmir-tikinti işlərinə yatırıb.

Qədəşovun kürəkəninin işi yenidən araşdırılır - "Atlant"ın üzərinə həbs qoyulubCinayət işi üzrə "Atlant" İstirahət Mərkəzinin üstünə həbs qoyulub. Belə olan halda hökm qəbul edilərkən zərərçəkmişlərə dəymiş ziyanın əvəzi olaraq mərkəz müsadirə edilə bilər.

Bu gün "Atlant"ın üzərinə qoyulan həbs qərarının ləğv edilməsi ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə vəsatəti təmin etməyib. Yeni daxil olmuş üç mülki iddia isə qəbul edilib.

Bundan əvvəlki iclaslarda zərərçəkmiş şəxslər "Atlant"ın sahibi Tahir Qədəşovun da cinayət məsuliyyətinə cəlb edilməsini istəyiblər. Həmin vəsatət hələ ki, baxılmamış saxlanılıb.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam edir.

Qeyd edək ki, "Atlant" İstirahət Mərkəzi Nabran qəsəbəsində dənizin kənarında yerləşir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 624   Tarix: 10 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Son zəng" tədbirlərində QADAĞA

Azərbaycanda "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərilib. xəbər verir ki, təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsind

26 aprel
.

Ətin qiyməti ilə bağlı ŞAD XƏBƏR

2026-cı ildə Azərbaycana xarici ölkələrdən 28 milyon 630,18 min dollar dəyərində 12 min 299,76 ton ət idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub. Belə ki, 2025-ci ilin eyni dövründə ölkəyə 24 milyon 824,85 min dollar dəyərində 11 min 889,75 ton ət idxal edilmişdi. Bu is

25 aprel
.

Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanda bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə (Daşkəsən, Gədəbəy) qar yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 25-i saat 12:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, düşən yağıntının miqdarı Ağstafa və Tovuzda 5, Balakən və Şəmkirdə 2, Culfa

25 aprel
.

Muxtar Babayev: Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qazaxıstanın Astana şəhərində keçirilən Regional Ekoloji Sammit (RES 2026) çərçivəsində erkən xəbərdarlıq və fəlakət riskinin azaldılması üzrə yüksək səviyyəli sessiyaya qatılıb. "Report" xəbər verir ki, M. Babayev b

26 aprel
.

Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb. "Report" xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılı

25 aprel
.

Azərbaycan-Ukrayna əməkdaşlığı inkişafdadır

Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmətə, etimada və strateji baxışa əsaslanan əməkdaşlıq modeli kimi formalaşıb. İki ölkə arasındakı əlaqələr təkcə siyasi-iqtisadi münasibətlər çərçivəsində deyil, eyni zamanda xalqlar arasında humanitar yaxınlaşma və qarşılıqlı dəstək müstəvisində də inkişa

26 aprel
.

Mənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsiniz

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası sahəsində illərdir davam edən durğunluğu aradan qaldırmaq və vətəndaşların əmlakını daha etibarlı qorumaq məqsədilə yeni konsepsiya hazırlanıb. Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanovun açıqladığı yeni yanaşmanın əsas hədəfi katastrofi

25 aprel
.

Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?

Nikahdan əvvəl tərəflərdən narkotest arayışının tələb edilməsi ilə bağlı səsləndirilən təklif birmənalı qarşılanmır. Təşəbbüs ilk baxışdan xilasedici görünsə də, mütəxəssislər qaydanın tətbiqi zamanı yaranacaq tibbi, hüquqi və mənəvi problemlər barədə xəbərdarlıq edirlər. Hazırda ölkəmizdə nikaha daxi

25 aprel
.

XƏBƏRDARLIQ! Bu tarixdən havanın temperaturu KƏSKİN DƏYİŞƏCƏK

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında aprelin 24-25-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

25 aprel