Bakıda fəhlə "Range Rover"dən 16 min oğurladı - 130 manata gödəkçə aldı
Bakıda avtomobil yuma məntəqəsində "Range Rover"dən 10 min dollara yaxın pul oğurlayan şəxsə hökm oxunub.
Sonxeber.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Nəzər Y. fəhlə kimi işlədiyi "moyka"da Eldəniz adlı müştərinin "Range Rover" markalı avtomobilindən 10 min dollara yaxın pul götürməkdə ittiham edilərək saxlanılıb. Hadisə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində avtoyuma məntəqələrindən birində baş verib.
Belə ki, zərərçəkmiş şəxs özünə məxsus "Range Rover" markalı avtomobili gecə saatlarında yuyulmaq üçün "moyka"ya verib. Hadisənin səhəri gün zərərçəkmiş avtomobili ilə rayonların birinə gedib. Orada məlum olub ki, Nəzər Y. adlı şəxs onun maşınından 9400 dollar (15980 manat ) pul oğurlayıb.
Təqsirləndirilən şəxs pulu oğurladıqdan sonra özünə 130 manata gödəkçə və 45 manata ayaqqabı alıb. Daha sonra "Memar Əcəmi" metrostansiyasının yaxınlığında özünə kirayə ev tutub. Puldan 1100 dollarını xərclədikdən sonra 8300 dolları zərərkəmişə qaytardığı zaman həbs edilib.
Məhkəmənin qərarı ilə, Nəzər Y. Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli müəssisədə çəkəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4126 Tarix: 10 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr