Vətəndaşlar necə müəyyənləşdirsin ki, gələn zəng bankdandır, yoxsa dələduzdan? - AÇIQLAMA

Vətəndaşlar necə müəyyənləşdirsin ki, gələn zəng bankdandır, yoxsa dələduzdan? - AÇIQLAMABanklardan gələn zənglər vətəndaşlara hansı sualları verə və hansı kart məlumatlarını öyrənə bilər? Çünki, dələduzlar da zəng vasitəsi ilə kart məlumatların əldə edə bilər. Bəs, vətəndaşlar necə ayrd etsin ki, gələn zəng bankdandır, yoxsa dələduzdan?

Mövzu ilə bağlı Sonxeber.az-a bank məsələləri üzrə ekspert Asif İbrahimov danışıb.

Vətəndaşlar necə müəyyənləşdirsin ki, gələn zəng bankdandır, yoxsa dələduzdan? - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, əgər,operator, həqiqətən də, bankın əməkdaşıdırsa təqdim olunan finkodla belə bütün məlumatları əldə edə bilir:

"Bu məsələ ilə bağlı vətəndaşlarımız daha diqqətli olmalıdır, çünki, sözügedən problemlə bağlı ciddi təhdidlər var. Özümüz də şikayətlərin şahidiyik və kütləvi informasiya vasitələrindən də bunu görürük ki, belə dələduzluq halları çox olur. Xüsusilə də, müştərisi çox olan banklardakı operatorları adından vətəndaşlara zəng vururlar və orada kart məlumatlarını istəyirlər. İlkin olaraq insanların nəzərinə onu çatdırmaq lazımdır ki, şəxsi məlumatlarını hər hansı bir üçüncü şəxsə ötürməsinlər. Çünki, bankda şəxslə bağlı hər hansı problem yaranarsa, oradakı mövcud vəziyyət gözqabağındadır və əgər, həqiqətən də, operator bankın əməkdaşıdırsa təqdim olunan finkodla belə bütün məlumatları əldə edə bilir. Bu məsələdə, xüsusilə diqqətli olmağı tövsiyyə edirəm. Belə hallar son dönəmlərdə lap da çoxalıbdır. Mərkəzi bank tərəfindən və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumu var ki, kibercinayyətkarlıqla bağlı ciddi mübarizə tədbirləri həyata keçirdir. Lakin, qeyd etdiyim kimi, belə şəxslər adətən botlardan istifadə edirlər. Hansısa rayon qeydiyyatında olan bir xəstə şəxsin adına telefon nömrəsi açırlar və yaxud da xarici ölkələrdən proqram təminatı vasitəsi ilə yerli nömrəni ona uyğunlaşdırırlar, istifadə edirlər. Çox zaman belə zənglər xarici ölkələrdən olur.Bu baxımdan, xüsusilə diqqətli olmağı tövsiyə edirəm".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2494   Tarix: 10 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr