"Unibank"a aid şirkətin biznes itkiləri 217 milyon manata çatıb
"Unibank"a aid şirkətin biznes itkiləri 217 milyon manata çatıb.
Valyuta.az xəbər verir ki, söhbət "Unicapital İnvestisiya Şirkəti"ndən gedir.
Belə ki, investisiya şirkətinin bu ilin yanvar-mart aylarında Bakı Fond Birjasında apardığı əməliyyatların həcmi 1723 əqd üzrə 591 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 26,8% və ya 216,7 milyon manat azdır. Halbuki, şirkətin 2024-cü ilin ilk rübündə daxili birja dövriyyəsi 1071 əqd üzrə 807 milyon 782 min manata bərabər olmuşdu.
"Unicapital"ı dövriyyəsinin bir əqd üzrə orta dəyəri 343 min manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisə edildikdə 54,5% azalma deməkdir.
İnvestisiya şirkətinin portfelinin əsas hissəsini əsasən repo əməliyyatları və korporativ istiqrazlar təşkil edib. Belə ki, bu dövrdə şirkətin dövriyyəsinin 224 milyon 535 min manatı korporativ istiqrazların, 309 milyon 143 min manatı repo əməliyyatlarının payına düşüb.
Portfeldə dövlət istiqrazlarının payı 48 milyon 831 min manat, AMB-nin notları 7 milyon 597 manat, səhmlər isə 927,3 min manat təşkil edib.
Xatırladaq ki, "Unicapital İnvestisiya Şirkəti" 2007-ci ildə yaradılıb və "Unibank"ın törəmə şirkətidir. Şirkətin qanuni təmsilçisi isə Vüqar Namazovdur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 674 Tarix: 11 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr