"Mənzil mülkiyyətçiləri binanın ümumi sahələrinin baxımı və ümumi kommunal xərclərin qarşılanması üçün xidmət haqqı ödəməlidir" - AÇIQLAMA

"Mənzil mülkiyyətçiləri binanın ümumi sahələrinin baxımı və ümumi kommunal xərclərin qarşılanması üçün xidmət haqqı ödəməlidir" - AÇIQLAMASon günlər "Şərur" MTK ilə bağlı mətbuatda ara-sıra şikayət xarakterli məlumatlar gedir. Bu məlumatlar əsasən vətəndaş şikayətlərdir. "Şərur" MTK-dan ev alan vətəndaşların əsas şikayəti liftlə bağlı olur. Hətta Xətai rayonunda "Şərur MTK"-ya məxsus binada liftin qırılması nəticəsində 8 nəfər yaralanmışdı. Liftlərlə bağlı şikayətlər araşdırılırmı?

Bu barədə Şərur İnşaat" MTK-nın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova Sonxeber.az -a açıqlama verib:

"​Dəfələrlə sakinlərə bununla bağlı xəbərdarlıq edilir ki, liftin yük götürmə qabiliyyəti var. O hadisədə də dörd nəfərlik liftə 8 nəfər eyni anda daxil olmuşdur. Bizim liftlə bağlı mütamadi problemimiz olmur, sadecə baxıma ehtiyacı olan binalarımız var ki, onlarda da loru dildə desək komendant pulu tam verilimir ki, bu problemlər aradan qaldırılsın. ​Bəzi sakinlər buna qanunsuz kimi baxır bu doğru deyil. Misal göstərək, liftlərin, su motorlarının işləməsi və ümumi sahələrin işıqlanması üçün sərf olunan elektrik enerjisi ümumi əmlak üçün istifadə olunan sərfiyyatlar, bunların xərci və digər baxım xərcləri mülkiyyətçilərdən yığılan ödənişlər hesabına başa gəlir.
​Bu qanunla da belədir. Mənzil Məcəlləsinin 38-ci maddəsinə görə, çoxmənzilli binaların ümumi əmlakının saxlanması üçün tələb olunan və məcburi hesab edilən xərclər sahə mülkiyyətçilərinin, yəni hər bir mənzil sahibinin məsuliyyətinə aid edilir və bu məsuliyyət öz mülkiyyət sahəsinin payı nisbətində nəzərdə tutulur.
​Məcəllənin 142-ci maddəsi isə açıqlayır ki, çoxmənzilli binanın idarə edilməsi haqqında xidmət razılaşdırılmış xidmətlərin adları və xidmət haqqı, aylıq ödəniləcək kommunal pulu əks olunur. Yəni idarəedici təşkilat müqavilədə əks olunan xidmətlərin yerinə yetirməsini üzərinə götürür. Mənzil sahibləri isə öz növbəsində onun haqqını ödəməyi öhdəsinə götürür.
​Deməli, mənzil mülkiyyətçiləri binanın ümumi sahələrinin baxımı və ümumi kommunal xərclərin qarşılanması üçün binadakı idarəedici təşkilata dövrü olaraq xidmət haqqı ödəməlidir ki, həmin xidmətləri də davamlı ala bilsin. Çoxmənzilli binalarda kommunal pulu ümumi əmlakın saxlanması üçün çəkilən istismar xərclərini qarşılamaq məqsədilə ödənilən aylıq baxım xərcidir. ​Başqa sözlə desək, çoxmənzilli binanın idarə edilməsi üçün aylıq xidmət haqqıdır. Qanunla, bu xidmətlərin təmin edilməsi binadakı bütün mülkiyyət sahiblərinin müştərək öhdəliyidir. İstismar xidmətlərinin kəsintisiz və lazımi səviyyədə əldə edilməsi üçün xidmət haqqının vaxtında və tam şəkildə ödənilməsi vacibdir".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2730   Tarix: 11 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr