Elçin Əmirbəyov: Zəngəzur dəhlizi münasibətlərin yaxşılaşdırılması və Cənubi Qafqazın möhkəmlənməsinin açarıdır
Zəngəzur dəhlizi Cənubi Qafqaz regionunda etimadın möhkəmləndirilməsi üçün mühüm tədbir kimi qiymətləndirilə bilər.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov IV Antalya Diplomatik Forumu çərçivəsində keçirilən "TDT: Unikal əməkdaşlıq modeli" adlı panel müzakirəsində çıxışı zamanı bildirib.
E.Əmirbəyov həmçinin vurğulayıb ki, bu dəhliz rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması üzrə davam edən prosesin elementlərindən biridir.
"Hesab edirəm ki, Zəngəzur dəhlizi sırf kommersiya əhəmiyyətindən başqa, regionda etimadın möhkəmləndirilməsi üçün mühüm tədbir kimi də qiymətləndirilə bilər, çünki o, həm də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması ilə bağlı davam edən prosesin elementlərindən biridir. Beləliklə, iqtisadi cəhətdən tam təcrid olunmuş Ermənistan üçün bu, regionun bir hissəsi olmaq, eləcə də onun strateji əhəmiyyətini artırmağa kömək etmək üçün yaxşı şansdır", - Azərbaycan Prezidentinin nümayəndəsi qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 858 Tarix: 12 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr