ŞAD XƏBƏR: Müavinət və təqaüdlər artırılacaq- VACİB AÇIQLAMA verildi
"Sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı cənab Prezidentin imzaladığı 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə təkliflərin hazırlanması ilə bağlı tapşırıq verilmişdi. Nazirlər Kabineti üç ay ərzində təklifləri hazırlayıb, dövlət başçısına təqdim etməli idi".
Bunu modern.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə verilən vaxt başa çatıb:
"Güman olunur ki, Nazirlər Kabineti tərəfindən təkliflər hazırlanıb və dövlət başçısına təqdim olunub. Təbii ki, təkliflərin qiymətləndirilməsi həyata keçirildikdən sonra prosedurlara uyğun olaraq növbəti mərhələdə cənab Prezident tərəfindən sənədin imzalanacağı gözlənilir. Bununla da sosial paketin yeni mərhələsində biz sosial müavinətlər və təqaüdlərin artmasını müşahidə edəcəyik.
"Hansı sosial müavinətər və təqaüdlərdə artımın olması isə sənəd imzalandıqdan sonra məlum olacaq. Bu istiqamətdə həm də büdcə müzakirələrində Milli Məclisə təkliflər təqdim olunub. Eyni zamanda, mediada müzakirə aparılıb. Amma konkret olaraq hansı sosial müavinət və təqaüdlərin artırılması sənəd imzalandıqdan sonra bəlli olacaq. Bütün hallarda sosial paketin növbəti mərhələsində müavinətlərin və təqaüdlərin artırılmasını müşahidə edəcəyik", – deyə V.Bayramov qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2053 Tarix: 12 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr