Banklardakı əmanət faizlərinin YÜKSƏLMƏ SƏBƏBİ

Banklardakı əmanət faizlərinin YÜKSƏLMƏ SƏBƏBİAzərbaycanda mövcud olan 22 bankdan 9-u pulu əhalidən ən yüksək faizlə, yəni 12 faizlə qəbul etməyə başlayıblar. Hansı ki, banklara 12-dən yuxarı faizlə qoyulan vəsaitlər sığortalanmır.

2025-ci ilin yanvar-mart ayları üzrə inflyasiya göstəricisindən 2 dəfə çoxdur. Həmçinin maraqlıdır ki, bankların əhalidən cəlb etdikləri vəsaitin məbləği verilən kreditləri üstələyir.

Mərkəzi Bankın məlumatına görə, təkcə 2025-ci ilin fevral ayında banklar fiziki şəxslərdən 137,2 milyon manat əmanət cəlb etsələr də, cəmi 77,7 milyon manat kredit veriblər.

Maraqlıdır ki, bankların vəsaitləri qanunun imkan verdiyi ən yüksək faizlə qəbul etməsinə səbəb nədir?

İqtisadçı Xalid Kərimli bildirib ki, 2023-cü ilin dekabrından etibarən Mərkəzi Bank bankların məcburi ehtiyat normalarını artırıb:

"Nəticə etibarilə banklar vətəndaşlardan, hüquqi şəxslərdən cəlb etdikləri vəsaitlərin 20-25 faizini Mərkəzi Bankda ehtiyat norması kimi saxlamaq məcburiyyətində qaldılar. Resursların bir hissəsinin Mərkəzi Bankda ehtiyat norması kimi saxlamaq tələbi ona gətirib çıxarır ki, bankların cəlb etdikləri resursların mayası bahalaşır, eyni zamanda, əllərində olan resursların həcmi məhdudlaşır".

Əmanətlərin faizlərinin artması özünü kreditlərin faizlərində də göstərir. Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin mart ayının əvvəlinə yeni verilmiş kreditlərin orta faizi 16,07 olsa da 2025-ci ilin eyni ayında bu göstərici 18,07 faizə yüksəlib.(oxu.az)


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1972   Tarix: 13 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 54,094 milyon ABŞ dolları dəyərində geyim idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % çoxdur. Oktyabrda Türkiyə Azərbaycana 4,927 milyon ABŞ dolları dəyərində geyim ixra

9 noyabr
.

Yeni il süfrəsində ən çox hansı məhsulların qiyməti arta bilər? - AÇIQLAMA

Yeni il bayramı yaxınlaşdıqca ərzaq məhsullarına tələbatın artması bazarda qiymət dəyişikliklərini gündəmə gətirir. Pomidor, xiyar kimi mövsümi məhsulların istehsalında istixana xərcləri, ət və balıq məhsullarında idxal və logistika amilləri, qoz-fındıq və digər ərzaqlara artan tələbat qiymətlərə təsi

13 noyabr
.

Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK

"2027-ci il yanvarın 1-dən balıqçılıq və akvakultura sahəsinə də subsidiyaların və güzəştlərin verilməsinə başlanılacaq". -a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, akvakultura və balıqçılıqda istifadə oluna

5 noyabr
.

Bu günə olan qızıl və gümüş qiymətləri

Azərbaycanda 3 noyabr 2026-cı il tarixinə olan rəsmi göstəricilərinə əsasən, qızılın və gümüşün qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 634.3605 manat, 1 qramı 213.30 manat təşkil edib. 1 qram qızılın qiyməti 99 əyyar təmiz qızıl üçün 213.30 manat, 750 əyyar İtalya

3 noyabr
.

2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci ildə pensiyaların 7,5 faiz artırılması nəzərdə tutulur. Bu məqsədlə 575,5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Gələn il əmək pensiyalarının orta aylıq məbləğinin 639-640 manata çatacağı gözlənilir. Bununla belə, pensiyaların nominal artımı onların real alıcılıq qabiliyyətinin də eyn

11 noyabr
.

Azərbaycanda 576 ədəd pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyat

17 noyabr
.

Bakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib

Son 1 ildə "Bakı Metropliteni" QSC-də NFC ilə 73 milyon 889 min 384 ödəniş həyata keçirilib. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu, ümumi ödənişli sərnişinlərin 63,8 %-ni təşkil edir. NFC-dən ən çox istifadə 8 milyon 57 min 376 ödənişlə 2026-cı ilin aprel ayınd

4 noyabr
.

Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. "APA-Economics" xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 15,8

10 noyabr
.

Qızıl və gümüş bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,42% artaraq 4 132.6 ABŞ dollarına bərabər olub. "AzPolitika" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,14% artaraq 53.06 dollar təşkil edib

9 noyabr