Azərbaycanda 1 milyondan baha satılan maşınlar kimindir? (SİYAHI)

Azərbaycanda 1 milyondan baha satılan maşınlar kimindir? (SİYAHI)Son rəsmi məlumatlara görə, 2023-cü ildə ölkədə 66 "Rolls-Royce" qeydiyyatda idi, 2024-cü ildə bu rəqəm 74-ə çatıb, 8 yeni "Rolls-Royce" satılıb, satılan avtomobillər arasında bir neçə "Rolls-Royce Ghost" da olub, bu maşınların qiyməti 1 mln. 200 min manatdır.

"Rolls-Royce"dən başqa 2024-cü ildə ölkədə yüksək qiymətə digər maşınlar da satılıb – 35 ədəd "Jaguar", 15 ədəd "Bentley" və s.

Maraqlıdır, bu dəbdəbəli avtomobillərin sahibləri kimlərdir?

Azərbaycanda "Rolls-Royce", "Bentley" və "Jaguar" kimi lüks avtomobillərin sahibləri barədə məlumatlar məhdud və əsasən ictimaiyyətə açıq deyil. Lakin bəzi hallarda bu avtomobillərin sahibləri ilə bağlı məlumatlar mediada yer alır.

Sonxeber.az Sfera.az-a istinadən xəbər verir ki, bu avtomobillərin sahibləri arasında tanınmış şəxslər və iş adamları yer alır.

Azay Möhnətov - AF Holdinq Şirkətlər Qrupunun prezidenti və "AF Hotel Aqua Park"ın sahibi
Azərbaycanda 1 milyondan baha satılan maşınlar kimindir? (SİYAHI)Azərbaycanda 1 milyondan baha satılan maşınlar kimindir? (SİYAHI)2025-ci ilin əvvəlində Bakıda məhkəmə qərarı ilə müsadirə edilərək hərraca çıxarılan 99-AF-009 dövlət nömrə nişanlı "Rolls-Royce Ghost" avtomobilinin sahibi iş adamı Azay Möhnətov olub.

Azərbaycanda "Rolls-Royce" markasının rəsmi distribütoru isə "Rolls-Royce Motor Cars Baku"dur. Bu şirkət "İmprotex Motors MMC"yə aiddir və keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.

Hüseyn Həsənov - Bloger və iş adamı
Azərbaycanda 1 milyondan baha satılan maşınlar kimindir? (SİYAHI)Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov Bakıya səfəri zamanı parlaq göy rəngdə, üstü açılan, iki oturacaqlı "Lamborghini" markalı lüks avtomobil alıb. Həsənovun șəxsi qarajında "Lamborghini Urus" (548 min manat), "Rolls-Royce Cullinan" (685 min manat), "Lamborghini Aventador" (550 min manat),"Mercedes-AMG G63" (822 min manat) və Dubaydan aldığı "Bugatti Chiron Super Sport" (təxminən 6.8 milyon manat) kimi bahalı avtomobillər mövcuddur.

Faiq Səfərov - "KiA Motors" Azərbaycan Șirkətinin prezidenti
Azərbaycanda 1 milyondan baha satılan maşınlar kimindir? (SİYAHI)Bakıda 90 AZ 030 dövlət nömrə nişanlı "Lamborghini Gallardo" avtomobilinin "KiA Motors" Azərbaycan şirkətinin prezidenti Faiq Səfərova məxsus olduğu bildirilmişdi. Lakin Faiq Səfərov bu iddiaları təkzib edərək, avtomobilin ona məxsus olmadığını, yalnız bir dəfə idarə etdiyini deyib.

Süleyman Əliyev -"SAS" inşaat MTK-nın rəhbəri
Azərbaycanda 1 milyondan baha satılan maşınlar kimindir? (SİYAHI)Bakıda "Lamborghini" markalı avtomobilin səsboğucu sisteminə kənar müdaxilə olduğu səbəbilə saxlanıldığı və bu avtomobilin "SAS" İnşaat MTK-nın rəhbəri Süleyman Əliyevə məxsus olduğu bildirilmişdi.

İsfəndiyar Axundovun nəvələri
Azərbaycanda 1 milyondan baha satılan maşınlar kimindir? (SİYAHI)Bakıda baş verən bir qəza zamanı "Ferrari" markalı avtomobilin 10 VV 200 dövlət nömrə nişanı ilə qeydiyyatda olduğu və bu nömrənin "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovun nəvələrinə məxsus olduğu bildirilmişdi.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2636   Tarix: 14 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 54,094 milyon ABŞ dolları dəyərində geyim idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % çoxdur. Oktyabrda Türkiyə Azərbaycana 4,927 milyon ABŞ dolları dəyərində geyim ixra

9 noyabr
.

Yeni il süfrəsində ən çox hansı məhsulların qiyməti arta bilər? - AÇIQLAMA

Yeni il bayramı yaxınlaşdıqca ərzaq məhsullarına tələbatın artması bazarda qiymət dəyişikliklərini gündəmə gətirir. Pomidor, xiyar kimi mövsümi məhsulların istehsalında istixana xərcləri, ət və balıq məhsullarında idxal və logistika amilləri, qoz-fındıq və digər ərzaqlara artan tələbat qiymətlərə təsi

13 noyabr
.

Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK

"2027-ci il yanvarın 1-dən balıqçılıq və akvakultura sahəsinə də subsidiyaların və güzəştlərin verilməsinə başlanılacaq". -a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, akvakultura və balıqçılıqda istifadə oluna

5 noyabr
.

Bu günə olan qızıl və gümüş qiymətləri

Azərbaycanda 3 noyabr 2026-cı il tarixinə olan rəsmi göstəricilərinə əsasən, qızılın və gümüşün qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 634.3605 manat, 1 qramı 213.30 manat təşkil edib. 1 qram qızılın qiyməti 99 əyyar təmiz qızıl üçün 213.30 manat, 750 əyyar İtalya

3 noyabr
.

2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci ildə pensiyaların 7,5 faiz artırılması nəzərdə tutulur. Bu məqsədlə 575,5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Gələn il əmək pensiyalarının orta aylıq məbləğinin 639-640 manata çatacağı gözlənilir. Bununla belə, pensiyaların nominal artımı onların real alıcılıq qabiliyyətinin də eyn

11 noyabr
.

Azərbaycanda 576 ədəd pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyat

17 noyabr
.

Bakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib

Son 1 ildə "Bakı Metropliteni" QSC-də NFC ilə 73 milyon 889 min 384 ödəniş həyata keçirilib. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu, ümumi ödənişli sərnişinlərin 63,8 %-ni təşkil edir. NFC-dən ən çox istifadə 8 milyon 57 min 376 ödənişlə 2026-cı ilin aprel ayınd

4 noyabr
.

Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. "APA-Economics" xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 15,8

10 noyabr
.

Qızıl və gümüş bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,42% artaraq 4 132.6 ABŞ dollarına bərabər olub. "AzPolitika" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,14% artaraq 53.06 dollar təşkil edib

9 noyabr