Rəşid Mahmudovun araq reklamı: "Müsəlman ölkəsində araq zavodları olmamalıdır"
Sosial şəbəkələrdə professor Rəşid Mahmudovun çəkildiyi araq markalarından birinin reklamı yayılıb və ictimaiyyət tərəfindən qınağa səbəb olub. İnsan orqanizminə zərərli olan bu məhsulun bir həkim tərəfindən reklam edilməsi tənqidə tuş gəlib.
Ölkə.az xəbər verir ki, sitat.info bu məsələ ilə bağlı R.Mahmudovun rəyini öyrənib.
Professor bildirib ki, bu reklam deyil, sadəcə bir məhsulun keyfiyyət baxımından dəyərləndirilməsidir: "Bu videoda jurnalist mənə qidalarımızın keyfiyyəti ilə bağlı sual verdi. Sonra mövzu arağa gəldi. Mən də dedim ki, müsəlman ölkəsində araq zavodları olmamalıdır, müsəlmanlar içməməlidir. Rusun təsiri altında 100 ildən artıq qalmışıq və insanlar indi araq da içirlər. Bu da qidanın bir növüdür. Araq bəzi xəstəliklərin dərmanıdır, vəba xəstəliyini, koronavirusu araq məhv edir. Amma onu çəkməyin də qayda-qanunları var. Arağın spirtini neftdən də, kartofdan da zibildən də çəkirlər. Əlbəttə içməsələr daha yaxşı olar. Amma hazırda içən adamlar var, bu sahəyə də nəzarət etmək lazımdır. Pis qidalardan, zibildən çəkilən araqlar birbaşa qara ciyəri məhv edir, böyrəyi, mədəaltı vəzi sıradan çıxarır, sinir sistemini zədələyir. Ona görə, diqqətli olmaq və pis məhsuldan istifadə etməmək lazımdır. Mən özüm araq içənəm, biz rusun dövründən qalan adamlarıq. Mənim göstərdiyim araq İsmayıllı buğdasından hazırlanıb. Əlbəttə ziyanı da çoxdur. Ancaq əgər tərgidə bilmirsinizsə yaxşısını içməlisiniz. Mən arağı reklam etmirəm".
Bu reklama görə qonorar almısınızmı sualını cavablandıran R.Mahmudov bu suala istehza ilə cavab verib: "Onu deyən adamlara bildirin ki, Rəşid müəllimin taleyinə Allah pul yazmayıb. Yox bir, milyoner olacam, özümə maşın alacam. Araq da bir qidadır və onun da keyfiyyətindən danışmaq lazımdır. Pul məsələsinə gəlincə, əlbəttə versələr alaram, vermirlər axı...".
Reklam videosunda yeyib-içmək səhnəsinə münasibət bildirən professor deyib ki, arada professor dostları ilə toplaşıb restorana gedirlər: "Arada toplaşırıq, hərəyə 100 qram içib "problemlərimizi həll edirik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1535 Tarix: 14 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabr