"Bir zamanlar "əcəb edirəm" ifadəsini işlətmək çox böyük ayıb olardı" - PSİXOLOQ
"Cəmiyyətdə elə insanlar var ki, "mən beləyəm", "mən buyam" deyə ifadə edir özünü. Amma, əslində özünü belə ifadə edən insanların özgüvənsizliyi və özünə qarşı aqressiyası var. Bu aqressiyanı da ətrafa qarşı özünü bu cür qorumaqla göstərir. Onların özünü olduğu kimi qəbul etməmək, cəmiyyətin onu olduğu kimi qəbul etməmək qorxusu var. Problemlərini müzakirə edə bilməmək və həlli yoluna gedə bilməmək kimi qorxusu var. Çünki, bu qorxuların məcmuəsində müzkariələr etdiyi zaman səhv olduğunu qəbul etməyi var. Bir insan səhv olduğunu qəbul etdiyi zaman, o, səhvini düzəltməlidir. Səhvini düzətmək, xarakterini dəyişmək hər adamın qaldıra biləcəyi yük deyil. İnsanlar qaldıra bilmədiyi yükə görə səhvini boynuna ala bilməməyi ətrafa qarşı bu cür aqressiya göstərməsinə səbəb olur (əslində, zəif olduqları üçün, həm də özlərinə qarşı aqressiyasını göstərərir)".
Bu Sözləri Sonxeber.az-a psixoloq Fərqanə Mehmanqızı danışıb.
O, açıqlamasında qeyd edib ki, "mən beləyəm" deyən narsistlə müzakirə aparmaq və ortaq məxrəcə gəlmək mümkün deyil:
"Bu kimi hallarda belə insanların aqressiyasına qarşı təmkinlə yanaşaraq, biz onu müzakirəyə dəvət etməliyik. Məsələn, narsist insanlarda belə xarakter varsa, o ifadəni istifadə edirsə, müdafiə strukturuna keçibsə, elə adamlarla artıq nəyisə müzakirə etmək mümkün deyil. Çünki, narsist insanlarla müzakirə apararaq, ortaq məxrəcə gəlmək mümkün deyil. Narsistlər, onsuzda, sizi manipulyasiya edəcək və yenə də günahkar, üzülən tərəf siz olacaqsız. Bir zamanlar "əcəb edirəm" ifadəsini işlətmək çox böyük ayıb olardı. Amma bu gün özgüvənlə, özünə hörmət etməklə, eqonu o qədər səhv salıblar ki, günümüzdə psixoloqlar özgüvən dedikdə, insanlar eqonu başa düşür. Amma özgüvən özündən də fəda etmək deməkdir və bu qarşılıqlı olduğu zaman çox gözəl münasibət yaranır. İstər cəmiyyətlə, istər şəxsi münasibətdə, istərsə də dost münasibətlərində heç vaxt eqolu insanlar qalib gələ bilməz. Özgüvən dedikdə "mən bu münasibətin məsuliyyətin daşıya bilərəm" kimi ifadələrlə yola çıxılmalıdır, "mən beləyəm", "sən məni belə qəbul etməlisən" vəs. ifadələr işlətməklə sağlam münasibət qurmaq mümkün deyil. Çünki bu özgüvənin yox, eqonun göstəricisidir. Belə insanlar özünə və ətrafındakılara zərər verir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2456 Tarix: 14 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabr