Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?
Aprelin 23-də Azərbaycan və Çin vətəndaşları arasında vizasız gediş-gəlişə imkan verən saziş imzalanıb. Saziş Prezident İlham Əliyev və Çin Sədri Si Cinpinin iştirakı ilə keçirilən mərasimdə rəsmiləşdirilib.
Çinə vizasız səyahət imkanı yaranıbsa, getsəniz nə qədər xərc çıxar?
Valyuta.az səyahət blogeri Rauf İsmayılovun ("raufism") sosial media hesabında paylaşdığı məlumata əsasən, səfər zamanı ortaya çıxacaq əsas xərcləri təhlil edib.
Aviabilet:
Çinə birbaşa uçuşları "AZAL" həyata keçirir. Əgər endirim kampaniyasına düşsəniz, gediş-dönüş biletini 420 manata almaq mümkündür. Amma adətən biletlər 600-700 manat civarında olur.
Hotel:
Hotellər Çində baha deyil. Bir həftəlik Pekin səfəri üçün iki nəfərlik standart bir hotel otağında orta hesabla 600 manat ödəmək kifayətdir.
Nəqliyyat:
Şəhərdaxili nəqliyyat xərcləri münasibdir. Taksi qiymətləri məsafədən asılı olaraq 3-10 manat arasında dəyişir. Metroda isə bir gediş təxminən 1 manatdır.
Qidalanma:
Çində yemək seçimi genişdir, amma bəzən turistlər üçün uyğun dad tapmaq çətin ola bilər.
Normal restoranda bir nəfərlik menyunun qiyməti 20-40 manat arasıdır.
Məhsul restoranlarında isə bu xərc 10-20 manat təşkil edir.
Ekskursiyalar və giriş haqları:
Gəzməli-görməli yerlərə giriş biletləri adətən 10-30 manat arasında olur.
Muzeylər və digər turistik yerlər üçün 150-200 manat ayırmaq kifayətdir.
Toplam büdcə:
Süvenirlər, xırda hədiyyələr, yerli içkilər və yeməklər, həmçinin internet istifadəsi üçün də əlavə büdcə lazım ola bilər.
Bütün bu xərcləri nəzərə alsaq, iki nəfərlik bir həftəlik Çin səfəri üçün təxminən 1800-2000 manat kifayət edir. Təbii ki, bu rəqəm şəxsi seçimlərdən asılı olaraq dəyişə bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 54,094 milyon ABŞ dolları dəyərində geyim idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % çoxdur. Oktyabrda Türkiyə Azərbaycana 4,927 milyon ABŞ dolları dəyərində geyim ixra
9 noyabrYeni il süfrəsində ən çox hansı məhsulların qiyməti arta bilər? - AÇIQLAMA
Yeni il bayramı yaxınlaşdıqca ərzaq məhsullarına tələbatın artması bazarda qiymət dəyişikliklərini gündəmə gətirir. Pomidor, xiyar kimi mövsümi məhsulların istehsalında istixana xərcləri, ət və balıq məhsullarında idxal və logistika amilləri, qoz-fındıq və digər ərzaqlara artan tələbat qiymətlərə təsi
13 noyabrAzərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK
"2027-ci il yanvarın 1-dən balıqçılıq və akvakultura sahəsinə də subsidiyaların və güzəştlərin verilməsinə başlanılacaq". -a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, akvakultura və balıqçılıqda istifadə oluna
5 noyabrBu günə olan qızıl və gümüş qiymətləri
Azərbaycanda 3 noyabr 2026-cı il tarixinə olan rəsmi göstəricilərinə əsasən, qızılın və gümüşün qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 634.3605 manat, 1 qramı 213.30 manat təşkil edib. 1 qram qızılın qiyməti 99 əyyar təmiz qızıl üçün 213.30 manat, 750 əyyar İtalya
3 noyabrAzərbaycanda 576 ədəd pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb
Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyat
17 noyabrBakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib
Son 1 ildə "Bakı Metropliteni" QSC-də NFC ilə 73 milyon 889 min 384 ödəniş həyata keçirilib. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu, ümumi ödənişli sərnişinlərin 63,8 %-ni təşkil edir. NFC-dən ən çox istifadə 8 milyon 57 min 376 ödənişlə 2026-cı ilin aprel ayınd
4 noyabrDünya bazarında qızıl bahalaşıb
Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. "APA-Economics" xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 15,8
10 noyabrQızıl və gümüş bahalaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,42% artaraq 4 132.6 ABŞ dollarına bərabər olub. "AzPolitika" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,14% artaraq 53.06 dollar təşkil edib
9 noyabr