"Yuxu – bədənin və zehnin bərpa dövrüdür" – psixoloq yuxusuzluğun fəsadlarından danışdı - AÇIQLAMA
"Yuxu, ümumilikdə insan sağlamlığı üçün həyati əhəmiyyət daşıyan proseslərdən biridir. Bu, yalnız fiziki deyil, eyni zamanda zehni və emosional sağlamlığın qorunmasında mühüm rol oynayır. Bəzən insanlar yuxuya bir seçim kimi yanaşır – "olsa da olar, olmasa da", yaxud "yatacağım vaxtda da işləsəm daha səmərəli olar" kimi fikirlər formalaşır. Lakin bu, səhv yanaşmadır".
Bu sözləri Sonxeber.az-a Amerika psixoloqlar assosasiyasının üzvü, Psixoloq Konsultant Şirin Məmmədli danışıb.
Psixoloq açıqlamasında qeyd edib ki, yuxu – bədənin və beynin bərpası, tarazlanması və informasiyaların inteqrasiyası üçün vacib bir dövrdür:
"Yuxu psixoloji, fiziki və emosional baxımdan insanı yenidən qurur. Son illər isə yuxusuzluq şikayətləri artmaqdadır. Psixoloqların sözlərinə görə, bunun səbəbləri çoxşaxəlidir. Ən önəmlilərindən biri isə anksiyete – yəni həyəcan pozuntusudur. Bu hal bədəndə gərginlik, ürəkdöyünmənin artması, tez-tez oyanma kimi simptomlarla müşahidə olunur. İnsanlar beyinlərini məşğul edən çoxsaylı suallara görə yuxuya getməkdə çətinlik çəkirlər.
Əgər yuxusuzluq 3 həftədən çox davam edirsə, bu artıq ciddi hesab olunur və xroniki hala keçə bilər. Təəssüf ki, psixoloqlara müraciət edən şəxslərin çoxu bildirir ki, illərdir düzgün yata bilmirlər – bu da müalicə prosesini çətinləşdirir və problemin daha da dərinləşməsinə səbəb olur. Belə hallarda insan eyni zamanda həm psixoloqa, həm psixiatr, bəzən isə endokrinoloqa müraciət etməli olur.
Bu hal depressiyanın və ya anksiyetenin ilkin simptomu ola bilər. Ona görə də problemin erkən mərhələdə aşkarlanması və düzgün yönləndirilməsi həyat keyfiyyətini ciddi şəkildə yaxşılaşdıra bilər.
Yuxusuzluğun fiziki fəsadları da az deyil. Aclıq hormonlarının artması nəticəsində insan kökəlməyə meyilli olur. Bəzi xroniki hallarda isə "donma" kimi vəziyyətlər müşahidə olunur – yəni insan ətrafda baş verən hadisələrə reaksiya verməkdə çətinlik çəkir, sanki öz həyatını kənardan izləyirmiş kimi hiss edir.
Bu kimi ağır nəticələrin qarşısını almağın yeganə yolu vaxtında peşəkar yardıma müraciət etməkdir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18 oktyabrGöz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11 oktyabrSu qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26 oktyabrƏn faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29 oktyabrAxşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
24 oktyabr3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabrHepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
1 noyabrKişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4
31 oktyabr