"O qızın bu vəziyyətə düşməsi mənim üçün müəmmalıdır"
Xəbər verdiyimiz kimi, mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Rusiya paytaxtında küçədə yaşayır. Məlumata görə, uzun müddət öncə Azərbaycandan gedən aktyorun yeganə övladı orada yaşayan həmyerlilərimizin köməyini qəbul etmir, gizlənir, tez-tez yerini dəyişir.
"Qafqazinfo"nun məlumatına görə, Xalq artisti Rasim Balayev məsələ ilə bağlı "Yeni Müsavat"a danışıb.
Aktyor bildirib ki, Cəmalə Mirzəyeva olduqca istedadlı bir qız olub: "Mən Ceyhun Mirzəyevlə bir neçə filmdə iştirak etmişəm, üstəlik, yaxın olmuşuq. Onun həyat yoldaşı Lidiya xanım Bakı şəhərində prokuror idi. Ceyhun rəhmətə getdikdən sonra nəsə bir qərar verildi ki, qızını da götürüb Rusiyada qohumlarının yanına köçsün. Evləri də çox gözəl idi, yaxşı qiymətə satıldı. Sonra eşitdim ki, Lidiya xanım təxminən 2016-2017-ci illərdə rəhmətə gedib. Qızı isə bildiyim qədərilə şair idi, şeirlər yazırdı. İndi anasının vəfatından sonra orada nə baş verib, nə olub, mülkü və var-dövləti niyə əlindən alınıb, bu barədə məlumatım yoxdur.
Rusiyada o qədər imkanlı adamlarımız var, onlara desələr ki, bu qıza ev alınsın, kömək edilsin, məncə, yardım göstərilər. Bizim Rusiyada nə qədər iş adamlarımız var. Amma çox müəmmalıdır ki, o qız çox istedadlı idi, yadımdadır. Bəs indi niyə bu vəziyyətə düşüb, onu bilmirəm. Hesab edirəm ki, yəqin ki, Mədəniyyət Nazirliyi istəsə, nəsə kömək etmək olar. Məsələn, o qızı Bakıya dəvət edib, ona ev, iş verilə bilər. Amma bir daha deyirəm ki, o qızın bu vəziyyətə düşməsi mənim üçün müəmmalıdır".
Xatırladaq ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film "Fəryad" olub. O, 47 yaşının tamamına az qalmış - 1993-cü il martın 5-də vəfat edib. Aktyorun həyat yoldaşı Lidiya Mirzəyeva isə 2015-ci ildə dünyasını dəyişib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
1700 illik nadir "Odisseya" parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar
18 sentyabrPikassonun tablosu 1,7 milyon dollara satıldı
İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo
26 iyunAleksandr Şarovski ilə vida mərasimi keçirilir
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabrXəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin
25 sentyabrLeyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyul"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir
Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə
23 iyul"Serial bəzi gənclər üçün pis örnəkdi"
Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar
14 avqustBir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı
Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını
23 avqust