Ağciyər xərçənginin gizli əlaməti - Barmaq uclarına diqqət yetirin
Ağciyər xərçənginin erkən əlamətlərindən biri barmaq uclarında müşahidə edilə bilən dəyişiklikdir. Xüsusilə bu, dırnaqların və onların ətrafındakı dərinin vəziyyəti ilə bağlıdır. Əgər dırnaq lövhəsinin ətrafındakı dəri parıldamağa başlayıbsa, qızarıbsa, bu, narahatedici əlamət ola bilər. Bundan əlavə, bəzi hallarda xərçəng zamanı barmaq uclarındakı yumşaq toxumalar şişir və dırnaqların forması dəyişir.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Belə bir vəziyyətlə qarşılaşan şotlandiyalı fitnes təlimatçısı Brayan Cemmell yaşadıqlarını bölüşüb.
Onun sözlərinə görə, bu problemi müşahidə etmək üçün baş və ya işarə barmaqlarının dırnaqlarını bir-birinə sıxıb, aralarında romb şəkilli boşluğun olub-olmadığını yoxlamaq lazımdır. Əgər belə boşluq yoxdursa, bu, ağciyər bölgəsində maye toplanmasının mümkün əlaməti ola bilər.
"Mənim vəziyyətimdə yeganə simptom barmaqların bir növ qalınlaşması idi. Onlar sanki bir az şişmişdi. Barmaqlarımı birləşdirəndə həmin rombşəkilli boşluq yox idi", - deyə Cemmell qeyd edib.
Həkimlərin qiymətləndirməsinə görə, bu cür dəyişikliklər ağciyər xərçəngi olan xəstələrin təqribən 10 faizində müşahidə olunur. Bildirilir ki, xərçəng zamanı barmaq uclarındakı dəyişikliklər adətən həm sol, həm də sağ əllərdə baş verir.
Həkimlər əlavə ediblər ki, ağciyər xərçənginin ən çox rast gəlinən simptomlarına aşağıdakılar daxildir:
- İki-üç həftə ərzində keçməyən uzunmüddətli öskürək (çox vaxt gecə və ya səhər yuxudan oyananda müşahidə olunur);
- Sinədə ağrı;
- Təngnəfəslik;
- Apatiya (ümumi ruh düşkünlüyü);
- Sürətli çəki itkisi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı
Əfsanəvi aktyor Dik Van Dayk 2025-ci ilin sonunda 100 yaşını tamamladıqdan sonra uzunömürlülüyünün əsas sirlərindən birini bölüşüb. Maraqlıdır ki, onun qeyd etdiyi bu amil elmi araşdırmalarla da təsdiqlənib. Qaynarinfo-nun "ScienceAlert" nəşri istinadən məlumatına görə, aktyor bildirib ki
13 iyulStomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
Gündəlik ağız boşluğu gigiyenası çox vaxt uzun illərdən qalan yanlış vərdişlər üzərində qurulur. Mütəxəssislər bildirirlər ki, sadə dəyişikliklər diş minasını qorumağa, diş əti problemlərinin və kariyesin qarşısını almağa kömək edir. Hər gün milyonlarla insan dişlərini fırçalayarkən fərqinə varmada
24 iyul60 yaşdan sonra bu sadə vərdiş əzələ gücünü qorumağa kömək edir
Mütəxəssislərin sözlərinə görə, hər gün pilləkənlə qalxıb-enmək 60 yaşdan sonra əzələ kütləsini və fiziki gücü qorumağa kömək edən ən sadə vərdişlərdən biridir. Qaynarinfo verir ki, bu barədə "radiopogoda.pl" nəşri yazır. Yaş artdıqca orqanizmdə bir sıra təbii dəyişikliklər baş verir. Əvvəllə
28 iyulİnsan beynində diş çıxa bilərmi - Şok faktlar
İlk baxışda bu, qorxu filmini xatırladır. Amma təəccüblüdür ki, tibbdə həqiqətən də beyində dişə bənzər strukturların aşkar edildiyi çox nadir hallar təsvir olunub. -a istinadən xəbər verir ki, əslində, beyin özü diş yaratmır. Bunun səbəbi adətən teratoma adlanan çox nadir bir şiş növüdür. Teratomala
14 iyulŞəkəri tam kəsmək risklidir - Yeni araşdırmadan diqqətçəkən nəticələr
Son illər sağlam qidalanma ilə bağlı ən çox səslənən tövsiyələrdən biri şəkərdən tamamilə imtina etmək olub. Lakin yeni elmi araşdırma göstərir ki, həddindən artıq məhdudlaşdırıcı qidalanma rejimi gözlənilməz mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, qidalanma üzrə mütəxəssis Dilara Koçak b
12 iyulÜrək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Diyetoloqlar bildirirlər ki, məşhur qəlyanaltılar - kartof çipsi, peçenye və qurudulmuş ət məhsulları adətən yüksək miqdarda natrium və doymuş yağ ehtiva etdiyindən ürək sağlamlığı üçün əlverişli seçim sayılmır. Qaynarinfo xəbər verir ki, "Martha Stewart" portalının yazdığına görə, ürək üçü
29 iyulÜzunömürlülük üçün bir nömrəli giləmeyvə
Diyetoloqlar bildirirlər ki, uzun və sağlam həyat tərzində qidalanma mühüm rol oynayır. Bu baxımdan qaragilə orqanizmi yaşla əlaqəli dəyişikliklərdən qorumağa kömək edə biləcək antioksidantlar, liflər və bitki mənşəli faydalı birləşmələrlə zəngin məhsullardan biri hesab olunur. Qaynarinfo xəbər veri
10 iyulDondurucudan gələn zəhər - həkimlərin almağı məsləhət görmədiyi ucuz balıq
Mütəxəssislər supermarket rəflərində satılan ən keyfiyyətsiz balıq növlərini açıqlayıblar. Dondurulmuş balıq tez və faydalı şam yeməyi üçün ideal seçim kimi görünür. xarici mediaya istinadən xəbər verir ki, supermarketlərdəki cəlbedici qiymətlərin arxasında bəzən qida dəyərini itirmiş, hətta sağlamlı
2 avqust