Kivini qabığı ilə yemək olarmı? - Az bilinən, amma maraqlı fakt

Kivini qabığı ilə yemək olarmı? - Az bilinən, amma maraqlı faktKivi - turşməzə dadı və yüksək qida dəyəri ilə seçilən meyvədir. Onun müntəzəm istifadəsi immuniteti gücləndirir, ürək-damar xəstəlikləri riskini azaldır və həzmi yaxşılaşdırır. Lakin bu meyvənin necə yeyilməsi - qabığı ilə, yoxsa qabıqsız - çoxlarını maraqlandırır. Mütəxəssislər isə maraqlı faktlar ortaya qoyur.

Sonxeber.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qidalanma üzrə mütəxəssis Erika Culsonun "Health Line" nəşrinə verdiyi açıqlamaya görə, kivinin qabığında bir çox faydalı maddə mövcuddur. Bunlara aşağıdakılar daxildir:

Sellüloz - bağırsaqların sağlamlığı üçün vacibdir, şəkərli diabet, xərçəng və ürək-damar xəstəliklərinin riskini azaldır;

Fol turşusu (folat) – hüceyrələrin yenilənməsi və normal inkişafı üçün vacibdir, xüsusilə hamiləlik dövründə qadınlar üçün önəmlidir;

C və E vitaminləri – orqanizmi azad radikallardan qoruyan antioksidantlardır.

Qabıqla yeyilən kivi, qabıqsız yeyiləndən 50% daha çox sellüloz, 32% daha çox folat və 34% daha çox E vitamini verir.

Bəs niyə bəziləri kivini qabıqsız yeyir?
Kivinin qabığında kalsium oksalat kristalları – rafidlər olur. Onlar ağız boşluğunun həssas səthini cızaraq yandırıcı hiss yarada bilər. Lakin meyvə tam yetişdikcə bu təsir azalır, çünki yumşaq daxili hissə bu kristalların təsirini azaldır.

Eyni zamanda, allergiyası olanlar və böyrək xəstəliklərindən əziyyət çəkənlər, xüsusən daş əmələ gəlməyə meyilli şəxslər, bu meyvədən uzaq durmalıdırlar.

Kivini necə düzgün yemək olar?

Əgər qabığın kobud teksturası və dadı sizi narahat edirsə, onu nəm dəsmal ilə silərək, yumşaq fırça ilə yuyaraq və ya tüklərini bıçaqla təmizləyərək yeməyi daha rahat edə bilərsiniz. Hazırda qabığı incə və tüksüz olan kivi sortları da mövcuddur.

Əgər qabığı tamamilə çıxarmaq istəyirsinizsə, onu bıçaqla soyun və ya kivini ortadan iki yerə bölərək içini qaşıqla yeyin.

Nəticə etibarilə, kivini necə yemək şəxsi seçimdir. Amma məlumdur ki, qabığı ilə yeyilən kivi daha çox fayda verir – bu da çoxlarının bilmədiyi maraqlı faktdır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 883   Tarix: 26 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18 oktyabr
.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11 oktyabr
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26 oktyabr
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

1 noyabr
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4

31 oktyabr