Dünyadakı ən təhlükəli 3 qidanın adı açıqlandı

Dünyadakı ən təhlükəli 3 qidanın adı açıqlandıQidalar həyat üçün vacibdir, lakin bəziləri düzgün hazırlanmadıqda ölümcül nəticələrə səbəb ola bilər.

Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, ədliyyə toksikoloqu Castin Brauer zəhərli qidaların ümumiyyətlə iki yerə bölündüyünü söyləyib:
1. Düzgün hazırlandıqda təhlükəsiz olanlar;
2. Təhlükəsiz olduqları düşünülsə də, əslində təhlükəli olanlar.

Odur ki, dünyadakı ən təhlükəli qidaları tqədim edirik:

Manyok

Tropik bölgələrdə geniş şəkildə istehlak edilən və əsas karbohidrat mənbəyi olan manyok, tərkibindəki siyanogen qlikozidlərə görə zəhərli ola bilər.
Bu toksinlər orqanizmdə siyanidə çevrilərək guatr, iflic və ölümə səbəb ola bilər.
Ancaq qabığını soyub suda isladaraq və ya qaynadıb qurudaraq bu təhlükəni azaltmaq olar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, manok zəhərlənməsi hər il 200-dən çox insanı öldürür, minlərlə insan isə aşağı səviyyəli zəhərlənmə səbəbindən daimi sağlamlıq problemləri yaşayır.

Qeyd edək ki, bu qidalar istehlak edildikdə ölümcül nəticələrə səbəb ola bilər və mütəxəssislər tərəfindən tövsiyə edilmir.

Dünyadakı ən təhlükəli 3 qidanın adı açıqlandıBalon balığı (şişən balıq)

Yapon mətbəxinin nadir dadlarından biri olan kirpi balığı (fuqu) tərkibindəki tetrodotoksin səbəbiylə ölümcül ola bilər. Zəhər yalnız 20 dəqiqə ərzində sinir sistemini iflic edə və tənəffüs çatışmazlığına səbəb ola bilər.
Sianiddən 1200 dəfə güclü olduğu deyilən bu toksin cəmi bir neçə milliqramlıq dozada belə öldürücü ola bilər. Bu səbəbdən Yaponiyada yalnız xüsusi təlim keçmiş və lisenziyalı aşpazlar tərəfindən hazırlanmasına icazə verilir. Buna baxmayaraq, hər il onlarla insan düzgün hazırlanmamış fuqu istehlakı səbəbindən xəstəxanaya yerləşdirilir.
Dünyadakı ən təhlükəli 3 qidanın adı açıqlandı"Amanita phalloides" göbələyi

Göbələk zəhərlənməsi nəticəsində ölümlərin təxminən 90% "Amanita phalloides" növündən qaynaqlanır. Bu növ xalq arasında "kənd köçürən göbələk" kimi tanınır. Çöl göbələkləri ilə asanlıqla qarışdırıla bilər.
Zəhərlənmə əlamətləri adətən 6-12 saat ərzində başlayır; ürəkbulanma, qusma və ishal kimi özünü göstərirlər. Hətta yarım göbələk qaraciyər və ya böyrək çatışmazlığına və ölümə səbəb ola bilər. Ən təhlükəli cəhəti odur ki, tərkibindəki toksinləri bişirməklə məhv etmək olmaz.

Mütəxəssislər bildirirlər ki, dünyada hər il təxminən 100 nəfər bu göbələkdən həyatını itirir, minlərlə insan zəhərlənmədən müalicə olunur.

Dünyadakı ən təhlükəli 3 qidanın adı açıqlandı


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 6401   Tarix: 30 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18 oktyabr
.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11 oktyabr
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26 oktyabr
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

1 noyabr
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4

31 oktyabr