"87 yaşımda siqareti tərgitdim,ən qorxulu qidalardan biri də çörəkdir" - Rəşid Mahmudovla gündəm müsahibə

"87 yaşımda siqareti tərgitdim,ən qorxulu qidalardan biri də çörəkdir" - Rəşid Mahmudovla gündəm müsahibəƏn qorxulu qidalardan biri də çörəkdir - Rəşid Mahmudov

Zaman dəyişir, texnologiyalar inkişaf edir, amma dəyərini saxlayan bir həqiqət var: insan sağlamlığı. O, həyatın bütün mərhələlərində ən böyük sərvət, ən vacib ehtiyac və ən sarsılmaz dəyər olaraq qalır.

Məhz bu vəziyyətdə elmin, təbabətin, xalq biliklərinin və mənəvi dəyərlərin ortaq nöqtəsində dayanan şəxsiyyətlər zamanın ehtiyacına çevrilir. Belə insanlardan biri də hər çıxışı ilə cəmiyyətə güzgü tutan, fikirləri ilə düşündürən, milli təbabəti elmi təhlillə birləşdirən fəlsəfə doktoru Rəşid Mahmudovdur.

Oxu24.com saytının müxbiri Pərvin Şakirqızı Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq və tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudovla həmsöhbət olub.

Söhbətimiz zamanı sadəcə tibb və xəstəliklərdən deyil, vicdanla həkim olmağın mənəvi yükündən, Rəşid müəllimin çəkildiyi içki reklamının səbəbindən və digər mövzulardan danışdıq.

Həmin müsahibəni təqdim edirik:

- Rəşid müəllim, müsahibələrinizin birində bildirmişdiniz ki, müsəlman ölkələrində araq içilməməli, onun zavodu və reklamı olmamalıdır. Bəs bu mövqeyinizə baxmayaraq, nə üçün spirtli içki reklamında çəkilməyə qərar verdiniz?

- Düzdür, mən bir müddət əvvəl bir araq firmasının reklamında iştirak etmişəm. Amma bunu təbliğat məqsədilə etməmişəm. Əslində, müsəlman ölkələrində araq zavodları olmamalı, reklamı aparılmamalıdır. Mən yenə də içkinin əleyhinəyəm.

Bəzi xəstəliklər var ki, məsələn taun, onun müalicəsində tibbi spirt istifadə olunur. Amma mənim əsas məqsədim bu deyildi. Mən istədim ki, insanlar zəhərli, padval şəraitində texniki spirtdən hazırlanan içkilərdən uzaq dursunlar. Çünki bu içkilər qaraciyəri, mədəaltı vəzi, böyrəkləri, beyni və bütövlükdə orqanizmi məhv edir.

Düşünürəm ki, 87 yaşımda siqareti tərgidə bildimsə, insanlar da içkini tərgidə bilərlər. Mən heç vaxt içkinin tərəfdarı olmamışam. Amma bir halda ki, bəziləri içir, heç olmasa, zəhərli olanını deyil, təhlükəsiz olanını seçsinlər. Lakin təəssüflər olsun ki, bəziləri bunu düzgün anlamadı.

- Sizin fikirləriniz çox zaman cəmiyyətdə səs-küyə səbəb olur. Bu qədər qətiyyətli bir mövqe sizə haradan gəlir?

- Vicdandan. Əgər insanın içində vicdan varsa, o, haqqı deməkdən çəkinməz. Mən heç vaxt kiminsə xoşuna gəlmək üçün danışmamışam. Nə bilirəmsə, nəyi doğru hesab edirəmsə, onu da deyirəm. Çünki bu millətin dərdi mənim dərdimdir. İllərdir insanlara xidmət edirəm. Artıq nə şöhrətə, nə vəzifəyə ehtiyacım var. Amma bir sözüm var - o sözü demək mənim həm borcumdur, həm də vicdani rahatlığım.

- Rəşid müəllim, bilirsiniz ki, skolioz xəstəliyi yeniyetmələr arasında çox müşahidə olunur. Təəssüflər olsun ki, müalicələr də effektli nəticə vermir. Sizcə bunun səbəbi nədir?

- Skoliozun əsas səbəbi gigiyenik qaydalara əməl olunmamasıdır. Çox zaman bu xəstəlik revmatizmdən qaynaqlanır. Bəzi mikroblar-beta-hemolitik streptokoklar, oynaqlar və fəqərələr arasında yaşayaraq iltihab yaradır. Bu iltihab tədricən fəqərələrin formasını pozur və belin əyilməsinə səbəb olur.

İltihabın əsas əlamətləri - şiş (tumor), qızartı (rubor), istilik (kolor) və ağrıdır (dolor). Sadəcə müalicədən sonra müvəqqəti ağrılar azala bilər. Dəmir vasitəsilə də bağlasan, dəstək versən də əyriliyi düzəldə bilməz, ağrıları isə həmişəlik aradan qaldıra bilməzsən. Əgər bu mikroblar məhv edilməzsə, əyriliyi bərpa etmək mümkün deyil. Müalicəni isə yalnız peşəkar revmatoloq aparmalıdır.

- Müasir tibbdə təbii vasitələrin rolu nə qədər əhəmiyyətlidir və gündəlik qidalarımız nə dərəcədə təbiidir?

- Təəssüf ki, bu gün bazarda "təbii" adı ilə satılan bir çox məhsullar əslində süni qatqılarla zəngindir. Qidaların təbiliyi günbəgün azalır. Buna görə də, insanlar daha çox orqanik, az işlənmiş, yerli məhsullara üstünlük verməlidirlər.

Açıq şəkildə deyə bilərəm ki, qəbul etdiyimiz qidaların çoxu təbii deyil və məhz bu qidalar bir çox xəstəliklərin yaranmasına səbəb olur. Məsələn, son illərdə qidalara palma yağı qatılır. Bu, bitki yağı kimi görünsə də, dünya alimləri bu yağın insan qidası üçün uyğun olmadığını bildirirlər. Təəssüf ki, hər il ölkəmizə 50 min ton palma yağı idxal olunur.

- Tibb elmi ilə xalq təbabəti arasında balans necə qurulmalıdır?

- Balans yalnız elmi əsaslarla qurulmalıdır. Hər xalqın nəsildən-nəslə ötürülən təbii müalicə üsulları, reseptləri mövcuddur. Amma bu vasitələrin hər biri müasir tibbin prinsiplərinə uyğun sınaqdan keçirilməli, zərərli təsirləri araşdırılmalıdır. Unutmayaq ki, bu gün istifadə etdiyimiz bir çox dərmanlar da məhz xalq təbabətinin təməlində yaranıb.

Bir neçə il öncə televiziyada çıxış edərək təklif etdim ki, Tibb Universitetinin nəzdində "Xalq təbabəti" fakültəsi yaradılsın. Qədimdə bitkilərdən alınan dərmanların tərkibi bilinmirdi, amma bu gün bu istiqamətdə çox dəqiq elmi analizlər aparmaq mümkündür.

Məsələn, insulin adlı dərman ilk dəfə 1921-ci ildə Bantinq və Best tərəfindən biokimyəvi yolla laboratoriyada hazırlanıb. Tərkibində 51 amin turşusu var. Biri var təbii yolla - heyvandan alınan insulin, biri də var kimyəvi yolla sintez olunan. Bu nümunə göstərir ki, elmlə xalq təbabətinin birləşməsi xəstəliklərin müalicəsində daha effektiv nəticələr verə bilər.

- Sağlam həyat tərzi üçün sadə, amma təsirli üç əsas tövsiyəniz nədir?

Mümkün qədər kənd təsərrüfatı məhsulları ilə qidalanmaq.

Sürətli yeməkdən çəkinmək, doyma hissinə diqqət yetirmək.

Gecə saatlarında yemək vərdişindən uzaq durmaq.

Qazlı içkilər və süni şəkərlərlə zəngin qidalar da sağlamlığa ciddi zərər verir. Ən qorxulu qidalardan biri də çörəkdir. Çünki çörək bağırsaqlara yapışaraq onun düzgün funksiyasına mane olur. Həddindən artıq şirin qidaların qəbulu da tövsiyə olunmur.

- Gənc həkimlərə və tibb tələbələrinə hansı tövsiyələriniz var?

- Vicdanlı və məsuliyyətli olsunlar. Bu tibbin əsas dayağıdır. Əgər bir həkim vicdansızdırsa, o zaman orada səhvlər qaçınılmazdır. Tibb yalnız elmi biliklə deyil, eyni zamanda yüksək insani keyfiyyətlərlə icra olunan bir peşədir. And içiblərsə, ona sadiq qalmalıdırlar.

- Son olaraq, bugünkü gənclərə nə demək istərdiniz?

- Gənclər oxusun, düşünsün, öyrənsin. Sağlam bədəndə sağlam ruh olar. Gənc sağlamdırsa, ailəsinə də, dövlətinə də, cəmiyyətə də fayda verə bilər. Amma sağlamlıq yalnız yemək, içmək, idmanla ölçülmür. Mənəviyyat da sağlamlığın bir hissəsidir. Vicdanlı olun, doğru yaşayın, harama əl uzatmayın. Bu həm sağlam qalmaq, həm də şəxsiyyət kimi bütöv olmaq yoludur.

- Dəyərli insan, hörmətli Rəşid müəllim, uzun müddətdən sonra sizinlə yenidən həmsöhbət olmaq mənim üçün çox xoş oldu. Ayırdığınız zaman üçün təşəkkür edirəm.

- Mən təşəkkür edirəm qızım, yolun həmişə açıq olsun.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 28606   Tarix: 31 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sağlam qocalmanın sirri: Psixoloqlar gen və intizam mifini təkzib edir

İnsanların sağlam və aktiv şəkildə qocalmasının əsas səbəbi nə genetik faktorlar, nə də sərt intizamdır. Psixoloqların fikrincə, bu prosesdə həlledici rol oynayan amil daha dərin - insanın daxili motivasiyası və həyat tərzidir. Qaynarinfo xəbər verir ki, bu barədə "Space Daily" nəşri yazır

1 may
.

Bu tərəvəz əsl möcüzədir!

Qulançar sağlam qidalanmada xüsusi yer tutan ən faydalı tərəvəzlərdən biri hesab olunur və bir çox xəstəliklərin profilaktikasında tövsiyə edilir. "Qafqazinfo"nun məlumatına görə, bu tərəvəz A vitamini ilə zəngindir ki, gözlərin, dərinin və immun sisteminin qorunmasına kömək edir. Eyni zamanda

25 aprel
.

Şəkər xəstələrinə balqabaq yemək olar?

Düzgün hazırlanan və normada istehlak edilən balqabaq qan şəkərinin kəskin dəyişməsinə yol açmır. Buna baxmayaraq, diabetin son mərhələlərində suda bişmiş balqabağın çox yeyilməsindən çəkinmək lazımdır. Ölkə.az xəbər verir ki, bu barədə -ya rusialı həkim-endokrinoloq Nataliya Tananakina bildirib. Mütəxəssi

7 may
.

Dietoloqlardan sadə tövsiyə: "Rəngli qidalanma" iltihabı azaltmağa kömək edir

Mütəxəssislər bildirirlər ki, mürəkkəb pəhrizlərə və ya çətin tapılan qidalara ehtiyac olmadan da sağlam qidalanmaq mümkündür. Dietoloqlar iltihabı nəzarətdə saxlamağın ən asan yollarından birinin hər yeməyə rəng qatmaq olduğunu deyir. Qaynarinfo-nun "Real Simple" nəşrinə istinadən məlumatın

7 may
.

Pişiklər xərçəngin müalicəsinə kömək edə bilər

Onkoloji sahədə aparılan araşdırmalar pişiklərin xərçəngin öyrənilməsində mühüm rol oynaya biləcəyini göstərir. Bildirilir ki, pişiklərdə olan bəzi viruslar insanlarda qaraciyər xərçənginə səbəb olan viruslara bənzəyir. Bu xüsusiyyət alimlərə xəstəliyin mexanizmini daha yaxşı anlamağa və yeni müalic

22 aprel
.

Ödem atan bitki çayları hansılardır?

Gündəlik həyatda üz, əl, ayaq və ya qarın nahiyəsində yaranan şişkinlik hissi çox vaxt bədəndə artıq mayenin toplanması, yəni ödem ilə bağlı olur. Həddindən artıq duz istehlakı, az su içmək, hərəkətsizlik və stres bu vəziyyəti tetikləyir. Doğru seçilmiş bitki çayları, sağlam qidalanma və bol su ilə birlikd

1 may
.

Depressiyadan qorunmağın ən asan yolu

Paxlalılar, dənli bitkilər və çərəzlərdən əldə edilən bitki mənşəli zülal qəbulunun 10% artırılması yetkin insanlarda depressiya riskini əhəmiyyətli dərəcədə azalda bilər. xəbər verir ki, bu nəticə "Nutrition Reviews" nəşrində dərc olunan elmi tədqiqatla öz təsdiqini tapıb. Araşdırma müəlliflər

3 may
.

Yaşlı insanlar üçün ən yaxşı səhər yeməyi hansıdır?

Yumurta yaşlı insanlar üçün getdikcə daha populyar səhər yeməyinə çevrilir, çünki bir sıra sağlamlıq üstünlüklərinə malikdir. Qaynarinfo xəbər verir ki, "Vietnam" nəşrinin yazdığına görə, yumurtanın tərkibində təxminən 8 qram protein, həmçinin A, D, B12 vitaminləri, fol turşusu, dəmir və sele

20 aprel
.

Bəzi qadınlar niyə vaxtından əvvəl qocalır? - Gəncliyi oğurlayan 10 vərdiş

Həyat boyu qadınlar bir çox çətinliklərlə üzləşirlər. Bu zaman özünə qayğı çox vaxt prioritet olmur. Onlar ailənin təhlükəsizliyi və xoşbəxtliyi barədə özlərindən daha çox düşünə bilirlər və bu da orqanizmə mənfi təsir göstərərək daha sürətli qocalmaya səbəb ola bilər. Qaynarinfo xəvbər verir ki, b

30 aprel