O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı

O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlıBu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür.

Sonxeber.az Kulis.az-a istinadən Əfqan Qafarlının "Fransız qadının dünyaya gətirdiyi dahi azərbaycanlı" yazısını təqdim edir.

Kim idi Toğrul Nərimanbəyovun əsli-nəsli?

Babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub. Kiyevdə dərs deyirmiş. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Azərbaycana qayıdıb və Bakıda qubernator olub. Əmirbəy Nərimanbəyov Qarabağın tanınmış bəylərindən sayılırdı.

Əmirbəyin oğlu Fərman (Toğrulun atası) da Şuşada doğulub. Azərbaycan Xalq Cümnuriyyəti zamanında hökumət ölkənin gələcəyi naminə istedadlı gəncləri xaricə oxumağa göndərəndə Fərman Nərimanbəyov da Avropaya təhsil almağa gedən 40 nəfər arasında idi.

O, Tuluza Universitetinin mühəndis – elektrik ixtisasına qəbul olunub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov bir fransız qızla da tanış olur. Və o, İrma Lya Rude alı bu dərzi-modelyer xanımla evlənir.

Gənc ailə xeyli müddət Fransada yaşayıb. Toğrulun böyük qardaşı Vidadi elə Avropada dünyaya gəlib – 1926-cı ildə. Sonra onlar Tuluzadan Paris şəhərinə köçürlər.

1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdır. Xanımı və 3 yaşlı oğlu ilə Bakıda yerləşən Fərman Nərimanbəyov tələbə yoldaşı olmuş elektrikləşmə naziri İslamzadənin köməyilə Mingəçevir SES-də işə düzəlir...

1930-cu il avqust ayının 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu Toğrul dünyaya gəlir.

Elə həmin il Toğrulun babası Əmirbəy kişi dünyasını dəyişir.

Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir.

Tezliklə Nərimanbəyovlar ailəsinin üstünü qara buludlar alır. Toğrulun atası o zaman Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır, onu həbs edib Sibirə sürgünə göndərirlər.

Ardınca 1941-ci ildə Fransa vətəndaşlığından çıxmayan Toğrulun anası İrma Lya Rude Bakıda həbs edilir. Ananı öz balalarından ayırırlar. İrma xanımı Özbəkistana – Səmərqəndə sürgün edirlər. Toğrulun anası düz 1961-ci ilə qədər sürgündə yaşamağa məcbur olur.

Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildən isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alıb. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da öyrənməyə başlayır. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşüb.

Elə Toğrulun müxtəlif orqanlara etdiyi müraciətləri və gərgin mübarizəsi sayəsində anasına bəraət verirlər və o, Bakıya qayıtmağa müvəffəq olur.

Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən vətənə qayıda bilir.

Uşaqlıqdan çəkdiyi əziyyətlər, gördüyü ədalətsizliklər Toğrulun əzmkarlığını daha artırır və o, yaradıcılıq yolunda həmkarlarından fərqlənərək daha irəliyə gedə, zirvələrə qalxa bilir. 30 yaşında əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülür. 1955-ci ildə keçmiş SSRİ Rəssamlar Birliyinin üzvü olan Toğrul Nərimanbəyov bu zaman artıq çoxlu orden və medallara layiq görülmüşdü.

Sonrakı illər Toğrulun həyatında yeni səhifələr açdı və o daha da məşhurlaşdı. 1974-cü ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun "Nəsimi haqqında poema" baletinə verdiyi tərtibata görə Azərbaycan Dövlət Mükafatına layiq görüldü. 1980-ci ildə Fikrət Əmirovun "Min bir gecə" baletinə verdiyi bədii tərtibata görə ikinci dəfə Dövlət Mükafatı ilə təltif olundu.

Yüksək peşəkarlığa malik görkəmli rəssam təsviri sənətin bütün janrlarında uğurla çalışaraq uzun illər ərzində dolğun və səmərəli fəaliyyət göstərib. Onun mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib. Nərimanbəyov dünyasını təcəssüm etdirən bənzərsiz lövhələr Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.

Hazırda dünyanın bir çox incəsənət muzeylərində, fondlarda Azərbaycan rəssamının əsərləri qorunub saxlanılır. Çexiyada, Rusiyada, Hindistanda, Fransada, Litvada, ABŞ-da və digər ölkələrdə Toğrul Nərimanbəyovun sərgiləri keçirilib.

Toğrul Nərimanbəyovun dediyinə görə, əslən fransız olan anası İrma Lya Rude də müasir incəsənəti dərindən bilirdi. Həm rəssamlığı, həm də modanı. Müsahibələrinin birində anası haqqında demişdi: "Moskvada Azərbaycan mədəniyyəti dekadası keçirilirdi. Hələ Stalinin vaxtında. Bülbül Koroğlu rolunda çıxış edirdi. Anam Qəmər Almaszadə ilə rəfiqə idi, ona kostyumları hazırlamaqda köməklik göstərirdi".

Həyatının son dayanacağı kimi Azərbaycanı seçən İrma Lya Rude Bakıda, Yasamal qəbiristanlığında dəfn olunub. Elə Toğrulun qardaşı, Xalq rəssamı Vidadi Nərimanbəyov da Yasamal qəbiristanlığında anasının yanında uyuyur.

Toğrul Nərimanbəyov iki dəfə ailə qurub. Onun birinci arvadı heykəltəraş Elmira Hüseynova olub. 1933-cü il təvəllüdlü Elmira Hüseynova Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini (1954) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu (1960) bitirib. Heykəltəraşlığın məişət və portret janrlarında çalışırdı.

Bu evlilikdən Toğrul Nərimanbəyovun bir qızı dünyaya gəlib – Əsmər Nərimanbəyova (o da atası kimi Xalq rəssamıdır, hazırda Rəssamlıq Akademiyasının dosentidir).

Elmira Hüseynova 23 yanvar 1995-ci ildə dünyasını dəyişib.

Görkəmli rəssam sonradan ikinci dəfə ailə həyatı qurub, musiqiçi Sevil Nəcəfzadə ilə.

"İkinci arvadımla Bakıda tanış olmuşam. O, musiqiçidir, fortepianoda çalır. Bakıda texnikumda oxuyurdu. Mənə də maraqlı idi, o necə ifa edir. O zaman mən vokal ifaçılıqla da məşğul olurdum. O isə məni müşayiət edirdi. O təsviri sənəti sevirdi. Ümumiyyətlə, incəsənətə maraq göstərirdi. Bizim ümumi maraqlarımız var idi. Məndən soruşurlar ki, sizin ən yaxın ürək dostunuz kimdir? Cavab verirəm ki, kim ola bilər, ancaq Sevil. O mənim ürək dostumdur. Mən onunla yaradıcı fikirlərimi bölüşürəm. Onun iradəsi var, məqsədyönlüdür".

Sağlığında ikinci həyat yoldaşı barədə danışanda T.Nərimanbəyov belə demişdi.

Bu evlilikdən rəssamın bir oğlu doğulub Fransua Nərimanbəyov. Oğlu Fransua atasının yolunu davam etdirə bilər, çünki o da rəssamlıqla məşğul olur.

Toğrul Nərimanbəyov təkcə rəssam deyildi, həm də opera ifaçısı idi. Onun gözəl bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkarlıqla ifa edirdi.

Elə həyat yoldaşı Sevil Nəcəfzadə T.Nərimanbəyovun konsertlərinin əsas təşkilatçısı olub. Bununla yanaşı, Sevil xanım həm də ərinin sərgilərini təşkil edib.

2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın "İstiqlal" ordeni, 2010-cu ilin avqustunda isə "Şərəf" ordeni ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycanın ali mükafatları olan "İstiqlal" və "Şərəf" ordenlərinə layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın ifadəsidir. Dövlət ona İçərişəhərdə emalatxana da vermişdi.

Həmkarları deyirlər ki, ünlü rəssam həm özünü, həm də Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq istəyirdi. Bu məqsədlə o, Azərbaycandan xaricə köçmüşdü. Əvvəlcə bir neçə il Amerikada yaşayıb, sonra Fransaya köçüb.

2001-ci ildə o, Parisdəki qalereya ilə bağladığı müqaviləyə görə, ilin yarısını burada çalışmalı idi.

T.Nərimanbəyov ürək xəstəliyindən əziyyət çəkirdi. Ölümündən iki ay qabaq ürəyindən cərrahiyyə əməliyyatı keçirmişdi.

Dahi rəssam 2 iyun 2013-cü ildə Parisdəki Jorj Pompido adına hospitalda vəfat edib.

Təxminən, bir aydan sonra... Parisdəki morqda qalan T.Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyova ilə qızı Əsmər Nərimanbəyovanın mübahisəsinə məhkəmə son qoyub. Fransa məhkəməsi xalq rəssamının həyat yoldaşının istədiyi kimi Parisdə dəfn edilməsinə qərar verib.

"Ölüm mənim üçün qorxulu deyil" deyən rəssamın bir arzusu var idi, heç vaxt gerçəkləşdirə bilməyəcəyi arzu – dədə-baba yurdu Şuşaya getmək: "Mənim babam və atam Şuşadandır. Şuşaya qonaq kimi deyil, oranın sahibi kimi gedəcəyəm...".
O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlıO niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlıO niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1807   Tarix: 02 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə

28 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə

25 avqust 2021