Narkoman milçəklər: Alimlər onları niyə yaratdı?

Narkoman milçəklər: Alimlər onları niyə yaratdı?ABŞ-ın Yuta Universitetindən olan alimlər neyrobiologiya sahəsində maraqlı bir yeniliyə imza atıblar: genetik modifikasiya edilmiş və könüllü şəkildə kokain qəbul edən ilk meyvə milçəklərini yaradıblar. Bu unikal model insanlar arasında kokain asılılığının araşdırılması və müalicə üsullarının inkişafı üçün yeni imkanlar açır.

Qaynarinfo xəbər verir ki, tədqiqat nüfuzlu "Journal of Neuroscience" jurnalında dərc olunub.

Normalda meyvə milçəkləri (Drosophila) kokain maddəsini bitki mənşəli zəhər kimi qəbul etdikləri üçün ondan uzaq dururlar. Alimlər bu davranışın milçəklərin ayaqlarındakı acı dad reseptorları ilə əlaqəli olduğunu müəyyən ediblər. Mütəxəssislər bu reseptorları genetik olaraq "söndürdükdə", milçəklərin davranışında gözlənilməz dəyişiklik baş verib – onlar kokain əlavə olunmuş şəkər şərbətini özləri seçməyə başlayıblar.

Tədqiqatın aparıcı müəllifi Trevis Filio qeyd edir: "Cəmi 16 saatlıq təsirdən sonra milçəklərdə narkotik maddəyə açıq üstünlük formalaşdı".

Mütəxəssislərin fikrincə, meyvə milçəkləri insanlar üçün etibarlı asılılıq modeli sayıla bilər. Belə ki, bu həşəratlarda insan xəstəlikləri ilə əlaqəli genetik uyğunluğun təxminən 75%-i mövcuddur. Üstəlik, milçəklər psixoaktiv maddələrə qarşı insanlara bənzər reaksiya spektri göstərirlər – hiperaktivlikdən tutmuş tam dezorientasiyaya qədər.

Alimlər ümid edirlər ki, onların laboratoriyada yaratdığı bu "narkoman milçəklər" kokain asılılığının öyrənilməsində dönüş nöqtəsi olacaq və gələcəkdə minlərlə insan həyatını xilas edə biləcək müalicə üsullarının inkişafına töhfə verəcək.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1152   Tarix: 03 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18 oktyabr
.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11 oktyabr
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26 oktyabr
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

1 noyabr
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4

31 oktyabr